backend

"Yalnız sıravi işçilərin müavinətlərini kəsirlər" - Samuxdan ŞİKAYƏT

"Yalnız sıravi işçilərin müavinətlərini kəsirlər" - Samuxdan ŞİKAYƏT

















Samux rayonu Nəbiağalı qəsəbə sakini Mehdiyev Rasim Elyar oğlu "Ölkə.Az"ın redaksiyasına şikayət müraciəti edib.

Şikayətçinin sözlərinə görə, həyat yoldaşı Samux rayon mədəniyyət şöbəsində çalışır:

"Övladımız bir yaş iki aylıqdır. İlk aylarda müavinət verilsə də, yanvar ayından başlayaraq müxtəlif bəhanələr gətirilir. Yerli idarədən bildirirlər ki, büdcədə pul yoxdur və atırlar Gəncə Regional Mədəniyyət İdarəsinin üstünə. Regional idarə isə DSMF-nin təqsirkar olduğunu bildirir. Bu durum tək mənim həyat yoldaşımla bağlı deyil.

Regionallaşmadan sonra belə bir problem yaranıb. Hətta Mədəniyyət və Turizm Nazirliyində də bu barədə məlumatlıdırlar. Maraqlıdır ki, rəhbər şəxslərdən-idarənin müdiri və müavinləri səviyyəsində kimsə analıq məzuniyyətinə gedirsə, belə problem yaranmır. Yalnız sıravi işçilərin müavinətlərini kəsirlər. Qısası, hər dəfə gülməli səbəblər göstərilir. Redaksiyanızdan xahiş edirəm, bu məsələni işıqlandırasınız".

Mövzunu diqqətdə saxlayacağıq.