backend

Çörəyin qiyməti qalxacaq: Bazar yeni qiymət diktə edir

Çörəyin qiyməti qalxacaq: Bazar yeni qiymət diktə edir

















Dünya bazarında ərzaq buğdasının qiyməti 2016-cı ilin dekabr ayında 122,8 dollar, 2017-ci ilin yanvar ayında 137 dollar olduğu halda, bu gün 187, 4 dollar təşkil edir

Bu durumdan ən çox əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Ölkəmiz buğdaya olan ehtiyacını idxalın hesabına ödəyir. Təkcə ötən il ölkəyə 1 milyon 599 min ton buğda idxal olunub. İdxaldan bu dərəcədə aslılıq olduqca təhlükəlidir. Buğdanın qiymətinin qalxması çörəyin qiymətinə, yaxud da çəkisinə təsirsiz ötüşməyəcək.

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, dünya bazarında buğdanın qiymətinin artması yerli bazara təsir göstərəcək:

“Azərbaycanda bu cür qiymət artımlarının fonunda çörəyin qiyməti fərqli formada tənzimlənir. Qiymət sabit qalsa da, çəki azalır. Çəkinin azalması elə qiymət artımı deməkdir. İnsanlar çəkinin azalmasına elə də diqqət yetirmir. Bu səbəbdən hökumət vəziyyətdən çıxış yolu kimi belə addım atır. Təəssüflər olsun ki, Azərbaycan özünü çörəklə təmin edəcək keyfiyyətli buğda istehsal etmir. Bu gün Azərbaycanda unun ən yaxşı halda 30-35 faizi ölkədə istehsal edilən buğdadan hazırlanır. Buğdanın böyük əksəriyyəti Ukrayna, Rusiyadan gətirilir. Dünya bazarında taxıl, buğdanın qiymətinin artması un məmulatlarından hazırlanan, ölkəyə gətirilən məhsulların qiymət artımına səbəb olacaq. Böyük ehtimalla yenə də çəki üzərində oynama olacaq”.

Cebhe.info bir sıra statistik rəqəmləri diqqətinizə çatdırır:

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə Azərbaycana 1623.18 ton, 909.91 ABŞ dolları dəyərində toxumluq bərk buğda idxal edilib. Bərk buğda, digərlərin miqdarı 382930.59 ton olub. Bunun üçün xərclənən məbləğ isə 73591.22 ABŞ dolları olub. Toxumluq yumşaq buğda və meslin, pərinc 8552.99 ton olub. Xərclənən məbləğ isə 2546.08 ABŞ dolları olub. Yumşaq buğda və meslin, digərləri 1206492.56 ton olub ki, bunun üçün də 217970.98 ABŞ dolları xərclənilib. Dövlət Statistika Komitəsinin son hesabatında qeyd olunub ki, 2015-ci ildə ölkə üzrə buğdanın məhsuldarlığı 27 sent/ha olub.