backend

8-ci km bazarı satılır

8-ci km bazarı satılır

Bazar qiymətləndirilib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “8-ci km Ticarət Mərkəzi”nin səhm emissiyasını qeydə alıb.

Bu barədə qaynarxett.az-dan QKDK-ya istinadən xəbər verir.

Hərraca hər birinin nominal dəyəri 2 manat olan 515 541 səhm çıxarılacaq. Bazar təxminən 1 milyon manat məbləğində qiymətləndirilib. Məlumata görə, emissiya qapalı olacaq, yəni buraxılan səhmləri yalnız bazarın indiyədək olan səhmdarları ala biləcək.