backend

MTN-ə işləyən iki deputat kimdir?

MTN-ə işləyən iki deputat kimdir?

“MTN məhkəməsində artıq hamıya bəlli olan, “yanmış” agentlərin adlarını açıqlayırlar. Görünür, pul azaldığından, ballasta gərək yoxdur. Ancaq bu gün də ciddi işlə məşğul olan agentlərin heç birinin adı açıqlanmır. Vaxt gələcək, onlar da ifşa olunacaqlar”. Hefteaz.info bildirir ki, bu sözləri sabiq millət vəkili Gültəkin Hacıbəyli özünün sosial şəbəkədəki səhifəsində yazıb.

Sabiq deputat daha sonra yazır:

Vaxtilə MTN-də yüksək vəzifədə işləyib təqaüdə çıxmış uzaq bir qohumum mənə konkret olaraq ona məlumat ötürən iki millət vəkilinin adını və kod adını demişdi. İkisi də bu gün də “bərkgedən” deputatlardandır. Hər dəfə onları görəndə polkovnikin dedikləri yadıma düşür

Hefteaz.info