backend

Səfirlik refreş edilir: Hansı nazir Polad Bülbüloğlunun yerinə gedir? - Eksklüziv

Səfirlik refreş edilir: Hansı nazir Polad Bülbüloğlunun yerinə gedir? - Eksklüziv

















Rusiyadakı diplomatik korpusun refreş olunmasına hazırlıq başlandığı xəbəri var

Səfir Polad Bülbüloğlu üçün düymənin basıldığı deyilir.

Bundan sonra səfirlik komandası formalaşmalıdır və Moskvaya göstərməliyik ki, güclüyük, zərərli deyilik və ikitərəfli münasibətlərin inkişafının tərəfdarıyıq.

Orda yaşayan azərbaycanlıların Rusiyanın ictimai-siyasi həyatına təsiri sıfırdır. Eləcə də diplomatik korpus bir söz deyə bilmir. Bizim ordakı səfirlik yalnız sual verən jurnalisti işdən qovdura bilir.

Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın sözlərinə görə, istənilən halda Rusiyanın xoşməramlı addımı deyil. Deputatın fikrincə, məsələ məhkəməyə gedibsə, rəsmi Rusiyanın qərarıdır: "Qurumun ləğvi ehtimalı böyükdür. Ancaq ləğv olunmasa yaxşı olar.

Çünki istər-istəməz Rusiya-Azərbaycan münasibətlərinin normal məcrada getməsinə maneə olacaq və iki ölkə arasında soyuqluq yarana bilər.

Hətta təşkilatın qeydiyyatı ləğv olunsa belə. Azərbaycan hakimiyyəti tərəfindən buna bir cavab verilməməlidir. Rusiya icması Azərbaycanda bizdən məmnundur, heç bir diskriminassiya yoxdur”.

F.Mustafa bildirir ki, ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycanın Rusiyadakı səfirliyinin fəaliyyətsizliyinin göstərcisidir: "Səfirlik nəhayət ki, rus konfeti yeyib çay içməkdən, pansionatdan çıxmalıdır.

Rusiyadakı səfirliyimiz diaspora potensialımızdan istifadə edə bilməyib. Halbuki, ən güclü diaspora potensialımız Rusiyadadır.

Ulus.Az-a daxil olan məlumata görə, səfir Polad Bülbüloğlunun yerinə yeni kadr hazırlanır. Rəsmi Bakı daha gənc və işləyən kadr Rusiya arsenalına göndərməyi planlaşdırır.

Son zamanlar hakimiyyətə yaxın siyasətçilərin səfirə yönəlik tənqidləri də bu ssenarinin tərkib hissəsidir.

P.Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizəd olması ölkə mediasında və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bununla bahəm digər sual ortaya çıxır, bəs o zaman Azərbaycanın Rusiyadakı səfiri kim olacaq?

Polad Bülbüloğlunun yerinə namizəd kimi hazırda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri olan Əbülfəs Qarayev nəzərdə tutulur.

Öz növbəsində Mədəniyyət və Turizm naziri postuna namizəd kimi hazırda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Vüqar Zeynalovun adı çəkilir.

Onun namizədliyini Azərbaycan rəsmən YUNESKO-nun İcraiyyə Şurasına təqdim edib. P.Bülbüloğlu artıq Parisdə növbəti dörd il üçün təşkilatın məsuliyyət sahələrində beynəlxalq ictimaiyyətin əsas məqsədləri barədə öz proqramının bəzi məqamlarını açıqlayıb.

P.Bülbüloğlunun namizədliyini irəli sürməsi və seçiləcəyi təqdirdə nüfuzlu bir təşkilata rəhbərlik etməsi şübhəsiz ki, Azərbaycan adına çox uğurlu bir iş olar. Amma indilikdə onun namizədliyini irəli sürməsi barədə çox sensasion hesab oluna bilən iddialar var.

İddia olunur ki, 2006-cı ildən Azərbaycanın Rusiyadakı səfiri vəzifəsində çalışan P.Bülbüloğlu ilin sonunadək vəzifəsindən geri çağırılacaq.