backend

“Ermənilər biri-birinə deyirdi ki, Azərbaycan hökuməti Şuşanı bizə verib, bərk durun” - Rabitəçimiz

“Ermənilər biri-birinə deyirdi ki, Azərbaycan hökuməti Şuşanı bizə verib, bərk durun” - Rabitəçimiz

















Şuşa və Laçın bölgələrinin işğalıyla bağlı məhkəmə iclaslarından ən diqqətəlayiq məqamlar...

Şuşa və Laçın bölgələrinin işğal edilməsi ilə bağlı 1994-1995-ci illərdə, eləcə də 2002-ci ildə keçirilmiş məhkəmələrdə şahidlər tərəfindən çox maraqlı, bəzən həm də çox gözlənilməz faktlar aşkarlanırdı. Bu sətirlərin müəllifinin də bir çox epizodlarında iştirak edərək mətbuatda dərc etdiyi məhkəmə proseslərinin bəzi məqamlarını bəzi iclaslarda dəmir barmaqlıqlar arxasından çıxış edən 811 saylı keçmiş Laçın alayının qərargah rəisi, istefada olan mayor Rafiq Nağıyev öz “Facebook” səhifəsində dərc edib. Bu məhkəmələrdə səslənən faktlar sübut edir ki, ermənilərlə əlbir olan hakimiyyət, var-dövlət hərisləri, xəyanətkarlar son nəfəsədək vuruşmağa hazır olan mərd oğullarımıza arxadan məkrli zərbələr vuraraq onları təslim olmağa vadar ediblər.

“...Şuşa-Laçin məhkəməsindən.

Rabitəçi: “Mayın 7-də ermənilərin danışığını tutdum, deyirdilər ki, səhər tezdən Şuşaya hücum olacaq...”

19.12.94

İsmayılov Zulfuqar. Rabitəçi: “07 may gecə 23:00-da ermənilərin danısıģını tutdum. Deyirdilər ki, səhər tezdən Şuşaya hucum olacaq. Tez Orucova dedim. Dedi, get, öz isinlə məsģul ol. 08 may 13:00 da hucum edən ermənilər deyirdilər ki, Şuşaya girə bilmirik. İtkimiz çoxdu. Mərkəzdən onlara deyirdilər ki, Azərbaycan hökuməti Şuşani bizə verib, bərk durun. Turklər gedəcək...”

20.02.95. Nizami Bəhmənov(Şuşanın keçmiş icra başçısı-S.L.): ”Mayın 8-i saat 16-da Orucov dedi ki, şəhərdən çıxın, poçtu partladacam...”

“Ermənilər biri-birinə deyirdi ki, Azərbaycan hökuməti Şuşanı bizə verib, bərk durun”

“Orucov bizə əmr etdi ki, tez şəhəri tərk edin, Şuşanı bombalayacaqlar...”

21.02.95. İbrahimov Əvəz. Laçin polisi.

“08 may saat 18:00 olardı, Orucov bizə əmr etdi ki, tez şəhəri tərk edin, Şuşanı bombalayacaqlar...”

24.01.95. Qafarov Natiq. Rabitə rəisi:

“Mayin 6-7 -də Orucovun əmri ilə Şuşadan çixan zabit əsgərlərə “propusk” yazdim. 08 may saat 15-de baş leytenant Veliyev A. (Orucovun muavini) mənə əmr etdi ki, rabitə masınını çıxart.

İsgəndər Həmidov:”Şahin Musayev dedi ki, Şuşaya canlı qüvvə yox, silah lazımdır...”

30.01.95. Qocayev Vasif. Oģuz milisi. “8 mayda gunortaya yaxın Laçından gələn qüvvələr Nəbilər kəndi ərazisindən Şuşa yolunu açdılar...”

“Ermənilər biri-birinə deyirdi ki, Azərbaycan hökuməti Şuşanı bizə verib, bərk durun”

10.02.95. İsgəndər Həmidov: ”08 mayda Şahin Musayev dedi ki Şuşaya canlı quvvə yox, silah lazımdir. Hansı ki, biz 200 nəfərlə Şuşaya getmək üçun hazır gəlmisdik...”

“İmkanımız böyükdü, Şuşanı verməyəcəyik...”

06.01.95. Əlisahib Orucov(o günlərdə Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi-S.L.):” 08 may 16 radələrində Aģdamdan Orucovla danısdım. Soruşdum ki, kömək lazımdır?.Orucov dedi ki, əlavə qüvvə gəlib. “Ya ix satryu s zemli”(Onları(erməniləri) yer üzündən siləcəm-S.L.),imkanımız böyükdü. Şuşanı verməyəcəyik...”

“Ermənilər biri-birinə deyirdi ki, Azərbaycan hökuməti Şuşanı bizə verib, bərk durun”

777 saylı hərbi hissənin komandiri:“Orucov Şuşanı tərk etməkdən başqa əmr verməyib...”

05.12.94. Nəbiyev Adil. 777 saylı hərbi hissənin kəşfiyyat böluk komandiri: ”07 may axsam komandir E.Məmmədov mənə və 20 əsgərə Bakıya getməyə icazə verdi.

03.12.94. E.Məmmədov. 777 saylı hərbi hissənin komandiri. Orucov Şuşani tərk etməkdən başqa əmr verməyib...” (moderator.az)