backend

Milli Qəhrəman Eldar Tağızadənin doğum günüdür

Milli Qəhrəman Eldar Tağızadənin doğum günüdür

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Bu gün Milli Qəhrəman Tağızadə Eldarın doğum günüdür.

qaynarxett.az xəbər verir ki, Tağızadə Eldar Abdulla oğlu 1963-cü il 6 sentyabrda Bakı şəhərində ziyalı ailədə anadan olmuşdur.

1970-80-cı illərdə Nəsimi rayonunda, 164 saylı orta məktəbdə təhsil almışdır.

Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olmuş, 1985-ci ildə biologiya fakültəsini fərqlənmə ilə bitrmişdir.

Elmlər Akademiyasının Botanika İnstitutunda çalışarkən, Səbail rayon DİŞ-nin cinayət axtarış şöbəsi ilə əməkdaşlıq edirdi. 1988-ci ildə DİŞ-ə işə qəbul edilir, 1989-cu ildə Sverdlovsk şəhərində cinayət axtarışı üzrə ali ixtisasartırma kursu keçdi. DİN-nin millətlərarası münasibətlər şöbəsində daha məhsul vəzifəyə irəli çəkilir və ona 1991-ci ildə kapitan rütbəsi verilir. Daha sonra DİN-nin Terrorizm və Banditizmə Qarşı Mübarizə İdarəsi rəisinin müavini vəzifəsinə təyin edilir.

3 iyun 1992-ci ildə E. Tağızadə yenidən Qarabağa ezam olunmuş və cinayətkarları zərərsizləşdirərkən həlak olmuşdur.

Ailəli idi. İki övladı var.

Azərbycan Respublikası Prezidentinin 3 sentyabr 1992-ci il tarixli 162 saylı Fərmanı ilə Tağızadə Eldar Abdulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Təhsil aldığı 164 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Bakı şəhərindəki küçələrdən birinə onun adı verilmişdir.