AXCP Rəyasət Heyətinin üzvünü söyən adam da tutulub

hadise 6-09-2014, 15:51
AXCP Rəyasət Heyətinin üzvünü söyən adam da tutulub

O, sentyabrın 3-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Baş Prokurorluq Seymur Həzini söyərək yumruqlayan şəxslə bağlı məlumat yayıb.

Baş Prokurorluq mətbuat xidmətindən qaynarxett.az-a daxil olan məlumatda bildirilir ki, avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Seymur Həziyevlə Bakı şəhər sakini Məhərrəm Həsənov arasında yaranmış mübahisə zamanı xuliqanlıq hərəkətlərinə yol verilməsi faktı ilə bağlı Abşeron rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanmış və S.Həziyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Aparılmış istintaqla həmçinin Məhərrəm Həsənovun aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə Seymur Həziyevi söyərək yumruqla vurub sonuncuya bədən xəsarətləri yetirməsində əsaslı şübhələr müəyyən edildiyindən o, sentyabrın 3-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

M.Həsənova Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, S.Həziyev AXCP Rəyasət Heyətinin üzvüdü
Oxunub: 803
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 


ILK-10