backend

Ölüm saçan “Ebola” virusun əlamətləri Türkiyədə də aşkarlanıb

Ölüm saçan “Ebola” virusun əlamətləri Türkiyədə də aşkarlanıb

Naməlum şəxsdə “Ebola” virusunun izlərinə rast gəlinib.

Qərbi Afrikada ölüm saçan Ebola virusuna yoluxanların sayı hər gün daha da artır.

qaynarxett.az APA TV-yə istinadən xəbər verir ki, bu təhlükəli xəstəliyin qarşısını almaq üçün milyonlarla xərc tələb olunur.

Qərbi Afrikada Ebola virusu ilə mübarizə üçün azı 600 milyon dollar vəsait xərclənməlidir. Xəstəliyin qurbanlarının sayı 2 min nəfərə yaxınlaşır.

Artıq Türkiyədə də yüksək temperatur şikayəti ilə xəstəxanaya müraciət edən xəstədə Ebola əlamətləri aşkarlanıb və o karantinə götürülüb. Hadisə Hatay vilayətinin Kırıkhan rayonunda baş verib.

Afrikadan miqrant olan kimliyi naməlum şəxsdə “Ebola” virusunun izlərinə rast gəlinib. Xəstə daha sonra İsgəndərun dövlət xəstəxanasına köçürülüb.

Bundan sonra xəstəxanada olan hər kəsə maska paylanıb və Səhiyyə Nazirliyinə aid 2 təchizatlı təcili yardım avtomobili xəstəxanaya göndərilib.