backend

"07" üç avtomobilə çırpıldı

"07" üç avtomobilə çırpıldı

Avtomobillər yararsız vəziyyətə düşüb.

Ötən gün Tovuzda 4 avtomobil toqquşub.

qaynarxett.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində baş verib.

Seymur Abdullayevin sürətlə idarə etdiyi "VAZ 2107" markalı avtomobil idarəetməni itirərərək əvvəlcə "VAZ 2103"-ə, sonra "VAZ 21099", daha sonra isə "Niva" markalı avtomobilə çırpılıb.

Nəticədə qəzanı törədən sürücü Tovuz rayon sakini Seymur Abdullayev ağır bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin kafi olduğunu bildirirlər.

Hadisə zamanı digər 3 sürücü xəsarət almasa da, zəncirvari qəzanın iştirakçısı olan avtomobillər yararsız vəziyyətə düşüb.

Faktla bağı Tovuz Rayon Polis Bölməsində araşdırma aparılır.