backend

Elmar Rüstəmov əhalinin geri qaytardığı pulları yandırdı

Elmar Rüstəmov əhalinin geri qaytardığı pulları yandırdı

















Azərbaycanda pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulub. Ölkədə pulun denominasiyası 2006-cı ildə baş verib

Bundan sonra köhnə 5 min manat yeni 1 manata uyğunlaşdırılıb.

Bəs dövriyyədən yığılan pulların taleyi necə olur?
Elmar Rüstəmov əhalinin geri qaytardığı pulları yandırdı

İqtisadçı ekspert Vüqar Bayramov məsələyə aydınlıq gətirib. O, unikal.org-a açıqlamasında bildirib ki, köhnə pullar dövriyyədən yığıldan sonra praktik olaraq onların istifadəsi mümkün olmur, həmin əskinaslar yandılır və ya məhv edilir:

"Denominasiya baş verdikdən sonra Mərkəzi Bank tərəfindən köhnə pulların dövriyyədən yığılması ilə bağlı konkret vaxt müəyyən olunur. Köhnə pulların həcmində dövriyyəyə yeni pullar buraxılır. Köhnə pullar dövriyyədən yığışdırıldıqdan sonra Mərkəzi Bankda yaradılan xüsusi komissiya tərəfindən aktlaşdırılır və yandırılaraq məhv edilir. Köhnə pulun uzun müddət saxlanılması praktikası yoxdur. Çünki onun yenidən, nə zamansa dövriyyəyə buraxılması praktikada rast gəlinməyib”.
Elmar Rüstəmov əhalinin geri qaytardığı pulları yandırdı


Qeyd edək ki, Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılmış, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb.

Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi yasaqdır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankın sədri Elmar Rüstəmovdur. O, 1995-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. 2000-ci ilin aprelində 5 il müddətinə Milli Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunub.

2010-cu ilin aprelində 5 il müddətinə Azərbaycan Respublikası Mərkəzi Bankın Sədri vəzifəsinə təyin edilib. 2015-ci ilin aprelində 5 il müddətinə Azərbaycan Respublikası Mərkəzi Bankın Sədri vəzifəsinə təyin olunub.