backend

Əhmədzadənin başçı qardaşı qalmaqallı cinsi azlığa görə cəncəldə - Təfsilat

Əhmədzadənin başçı qardaşı qalmaqallı cinsi azlığa görə cəncəldə - Təfsilat

















Zaqatala rayonunda keçirilən tədbirlərdən birində çəkilmiş görüntülər qalmaqala səbəb olub

Azyaşlı uşaqların da iştirak etdiyi tədbirdə cinsi azlığa bənzəyən müğənninin mahnı ifa etməsi və uşaqların da onun ətrafında rəqs etməsi birmənalı qarşılanmayıb.

Sosial mediada yayılan video geniş müzakirələrə səbəb olub. Hər kəs Zaqatala Rayon İcra Hakimiyyətini dövlət tədbirlərində bu cür insanları səhnəyə çıxardığı üçün tənqid edib.

Məsələ ilə bağlı Zaqatal Rayon İcra Hakimiyyətindən verilən açıqlamada bildirilib ki, tədbir icra hakimiyyətinin təşkilatçılığı ilə baş tutmayıb və onlar bu konsert proqramından xəbərsizdirlər.

“Bizim təşkil etdiyimiz dövlət tədbirlərində rayon icra başçısı da iştirak edir. Bundan başqa bütün tədbirlərimiz AZTV və digər kanallar tərəfindən işıqlandırılır və onların lent yazıları bizdə var. Bu tədbiri isə biz təşkil etməmişik”.

Lakin müğənni bu açıqlamanı darmadağın edib. Diva Burhan Sultan adlı müğənni deyib ki, diplomlarımla oraya getmişəm və konsert üçün icazəmi almışam:

“Kimsə kefi istəyən zaman konsert verə bilməz axı. Hər hansı bir narazılıq olmayıb, hətta nə köməklik lazım olsa, edə biləcəklərini söylədilər”.

Ulus.Az xəbər verir ki, Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə çətin faktla üzləşib.

Meliorasiya və Su Təsərrüfatı ASC sədri Əhməd Əhmədzadənin qardaşı olan M.Əhmədzadə müğəniyyə görə ciddi təpki alıb.

Ona uşaqların qarşısında cinsi azlığa konsert üçün şərait yaratması və arxasında mərhum prezident Heydər Əliyevin portretinin olmasına göz yumması baha başa gələ bilər. Hətta onun vəzifəsindən azad edilməsi mümkündür.

Çünki ciddi səhvə yol verib və müğənni də RİH-ni faş edib. Məlum olub ki, icazə də alıb, hələ dəstək verəcəkləri də deyilib.

Onu da deeyək ki, M.Əhmədzadə rayonun sosial problemləri ilə əhalini baş-başa qoyub. Qarşılığında isə başı rayonu çapıb talamağa, sərvətlərinə yiyələnməyə, hotel-restoran biznesini inkişaf etdirməyə qarışıb.

Zaqatala kimi bir rayonda inhisarçılıq baş alıb gedir. Əhmədzadələr tərəfindən özəlləşdirilib. İstirahət zonaları, meşələri çay kənarlarını, restoranları və hətta hotelləri belə bütünlükdə Əhmədzadələrə məxsusdur.

Nəticədə isə Zaqatalada iş adamlarına sərmayələr yatırmağa imkan verilmir, rayonun sosial-iqtisadi inkişafına süni maneçilik törədilir.

Mübariz Əhmədzadə “regionların sosial iqtisadi inkişafı” proqramı çərçivəsində dövlət büdcəsindən ayrılan vəsaitin böyük bir hissəsini özünün yaratdığı şirkətlərə köçürməklə mənimsəyir. Bu səbəblər də onun istefasına təkan ola bilər.