backend

Cənub Qaz Dəhlizi camaatın pulunu vermir: Rövnəq Abdullayev hara baxır? - Video

Cənub Qaz Dəhlizi camaatın pulunu vermir: Rövnəq Abdullayev hara baxır? - Video

















Şəmkir rayonu Qaraçəmirli kəndinin bir qrup sakini aldadılıb

Qaz kəmərinin yeni qolunun tikintisi zamanı onların mülkiyyət hüquqları pozuluib.

Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində onlara çatacaq kompensasiya verilməyib, pay torpaqları əllərindən alınıb.

Bu kəmərinin tikintisi zamanı yerli mülkiyyətçilərin hüquqlarının pozulması ilə əlaqədar Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin hüquqşünası xüsusi rəy hazırlanıb.

Hazırlanmış rəy və ərizəçilərin şikayətləri layihəyə kredit ayıran Beynəlxalq Maliyyə İnstitutlarına göndəriləcək.

Kənd camaatı deyir ki, təzminat ödənilməlidir: “Bizim kompensasiyamızı versinlər, başımıza oyun açmasınlar. Bu yay bu torpaqlara evlər olan yerdən məcburi köçürülmüşük. Bu insanları aldabılar. Torpaq paylarını alıb bələdiyyənin ehtiyat fonuna keçiriblər.

İnsanlara sənəd veriblər, o da saxtadır. 1998-ci ildə islahat gedən vaxt verilmiş sənədin əvəzinə başqası verilib. Hara təqdim etsən deyirlər ki, saxtadır. Bizi incitməsinlər, payımızı versinlər, kompensasiya ödəsinlər.

Burdan kəmər keçir. Azərbaycanın sərvətini Avropaya daşıyır. Buna xoşhalıq ki, neftimiz Avropa bazarına çıxır. Amma insanların hüquqlarını pozaraq bunu etməsinlər”.

Ulus.Az-ın xəbərinə görə, Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək.

İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır; Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir.

Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.

Şahdəniz Mərhələ 2 çərçivəsində hasil edilən qaz 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəql ediləcək.

Bunun üçün bir sıra mövcud infrastrukturun genişləndirilməsi və yeni boru kəmərləri zəncirinin inşa edilməsi tələb olunur.

Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir.

“Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.