backend

Məşhur idmançıya DAHA BIR baş mükafat təqdim edildi - VIDEO

 Məşhur idmançıya  DAHA BIR baş mükafat təqdim edildi - VIDEOAzərbaycan Pespublikası Gənclər və İdman Nazirliyində ikiqat dünya və Olimpiya çempionu ,Gülə Federesiyasının vitse- prezidenti, əməkdar məşqçi.Fərid Mansurova beynəlxallq yarışlarda yüksək nailiyyətlərinə görə “ ATA-E” Elmi-Tədqiqaq Şirkətininin “Beynəlxalq Uğur” Baş mükafatının ıtəqdimatı olmuşdur.Şirkətin prezidenti,fəlsəfə doktoru Şakir Əhmədli qurumun başlıca məqsəd və fəaliyyət istiqamətləri haqqında məlumat vermişdir. Məlumatda bildirilmişdir ki, bu ilin iyununda 20 illik yubileyi tamam olan şirkət bu müddət ərzində bir sıra uğurlu layihələri reallaşdırmış , müxtəlif mövzularda tədbirlər təşkil etmişdir.Hazırda Milli Olimpiya Komitəsinin yaranmasının 25 illik yubileyi münasibətilə tədbirlər davam edir Bu tədbirlər sırasında idmanımızı xarici ölkələrdə layiqincə təmsil edib, bayrağımızı yüksəklərə qaldıran idmançılarımızın mükafatlandırılması da həyata keçirilir. Bu günkü təqdimat da həmin istiqamətdə növbəti tədbirdir.Şirkətin informasiya xidmətinin rəhbəri Yeganə Salmanova Azəbaycan idmannın inkişafında ulu öndərimiz Heydər Əliyevin qayğısını qeyd etmiş, bu sahədə dövlə başçımız, .Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin müstəsna mahiyyət daşıyan fəaliyyətini vurğulamışdır. Sonra tədbir öştirakçıları məşhur idmançının həyat yolu və idmanda qazandığı möhtəşəm nailiyyətlərdən danışmışlar.Nazirliyin tətbiqi idman növləri sektorunun müdiri Cəbrayıl Həsənov,silsiləvi və oyun idman növləri sektrunun müdiri Rafiq Rzayevvə digərlərininin çıxışlarında bildirilmişdir ki., ölkəmizdə idmanın inkişafında mıhtərəm prezidentimizin v. Bürünci vitse- prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı hər birimizi bu səhədə daha böyük səy göstərməyə səsləyir.
Tədbirin sonunda Fərid Mansurova baş mükafat təqdim edilmişdir. O, bu mükafata layiq görülməsi münasibətilə şirkətin rəhbərliyinə təşəkkür etmiş, gənc idmançıların yetişməsində bundan sonra da səmərəli fəaliyyət göstərəcəyini bildirmişdir. Tədbir iştirakçıları xatirə şəkilləri çəkdirmişlər.
Yeganə Salmanova,
“ATA- E” Elmi –Tədqiqat Şirkətinin informasiya xidmətinin rəhbəri