backend

Zaur Baxşəliyev: Dədə-babalarımın hamısı çoban olub

Zaur Baxşəliyev: Dədə-babalarımın hamısı çoban olub















“Əlimə çubuq alıb yerə tökülən pulları necə yığırdımsa”.


Kənd toyunda iştirak edən edən məşhur aparıcı Zaur Baxşəliyev keçmiş günlərini xatırlayıb.

qaynarxett.az Tabloid.az-a istinadən xəbər verir ki, “İnstagram” bloqund toydan fotolar paylaşan aparıcı “Dayılarımın toyu yadıma düşdü. Ortalıqdan çıxmırdıq. Əlimə çubuq alıb yerə tökülən pulları necə yığırdımsa. Qocaldıq, getdik”- qeydini yazıb.

Digər fotosuna isə aparıcı “Kənd toyunun ləzzəti başqadır. Qazan qırağında mal ətinin soyutmasını isti-isti yemədinsə day nə ləzzət” -yazıb.

Qoyunlarla şəkil çəkdirən aparıcı “Kostyum geyinməklə deyil, dədə-babalarımın hamısı çoban olub. Kök, qan çəkir adamı. Bəzənib düzənib efirə çıxmaqla deyil ki, qan çəkir. Mən bununla qürur duyuram” - deyə, o, əlavə edib.