backend

Azərbaycanda binada güclü partlayış baş verib - FOTO

Azərbaycanda binada güclü partlayış baş verib - FOTO

















Binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var.

Azərbaycanda binada partlayış olub.

Qaynarxeber.info xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, 26-cı məhəllədə qeydə alınıb. Məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib.

Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalanlardan biri xilas edilib. Hazırda digər şəxslərin də xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Azərbaycanda binada güclü partlayış baş verib - FOTO
Azərbaycanda binada güclü partlayış baş verib - FOTO
Azərbaycanda binada güclü partlayış baş verib - FOTO