backend

ABŞ-dan Rusiyaya qarşı gözlənilməz tələb

ABŞ-dan Rusiyaya qarşı gözlənilməz tələb




















“Qoşunlarını çək”.

Rusiya qoşunlarını Gürcüstanla sərhəddən tam şəkildə çəkməlidir, Tbilisidə çıxış edən ABŞ müdafiə naziri Çak Heyqel bəyan edib.

Vaşinqtonda onun gürcü həmkarı İrakli Alasaniya ilə birgə mətbuat konfransının stenoqramını Pentaqon yayıb, qaynarxett.az İTAR-TASS-a istinadən xəbər verir.

“ABŞ Rusiyanı qoşunlarını Gürcüstan sərhədindən tam şəkildə çəkməyə səsləməkdə davam edir. Biz Gürcüstanın bu məsələdə nümayiş etdirdiyi dayanıqlığı alqışlayırıq”, - deyə, Heyqel bildirib.

Onun iddialarına görə, “Rusiyanın burada və Ukraynadakı hərəkətləri Birləşmiş Ştatlar və onun müttəfiqlərinin çox ciddi nəzərdən keçirdikləri uzunmüddətli çağırış deməkdir”.

Amerikalı nazir “Gürcüstanın NATO-nun tərəfdaşı kimi yeni statusunun bu ölkəyə Alyansa üzv olmağa köməklik edəcəyinə” ümid ifadə edib.