backend

Təhsil nazirindən müəllimlərin işə qəbulu ilə bağlı - ƏMR

Təhsil nazirindən müəllimlərin işə qəbulu ilə bağlı - ƏMR






















Onlara köməklik göstərmək tapşırılıb.

Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticəsi barədə əmr imzalayıb.

qaynarxett.az xəbər verir ki, nazirlikdən Lent.az-a verilən məlumata görə, əmrlə 2014-2015-ci dərs ilində ümumi təhsil müəssisələri və peşə liseylərində boş qalan müəllim yerlərinə əlavə yerləşdirmənin nəticələri təsdiq edilib.

Nazirin əmrində rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərlərinə 5 gün müddətində əlavə yerləşdirmə nəticəsində işə qəbul olunan müəllimlərin sənədlərini yoxlayıb, onlarla əmək müqavilələrinin bağlanmasını təmin etmək, həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə (H1 və H2) işə qəbul üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etsinlər, əmək fəaliyyəti ilə əlaqədar məsələlərin həll edilməsində onlara köməklik göstərmək tapşırılıb.

Əmrdə vurğulanır ki, yeni işə qəbul edilmiş ibtidai və V-VII siniflərdə dərs deyəcək müəllimlərin fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarına cəlb olunacaqlar.