backend

Xəyanəti gizlətməyin yolları

Xəyanəti gizlətməyin yolları




















Hətta bu xüsusiyyətinə görə ailəsi dağılanlar da olub.

Mütəxəssislər kişilərin xəyanətini gizlətməyinin gizli yollarını açıqlayıblar.

qaynarxett.az tabloid.az-a istinadən xəbər verir ki, kişilərin yuxuda adətən gizli sirlərini etiraf etdikləri məlum olub.

Gecənin bir aləmi həyat yoldaşın səni yuxudan oyadıb məşuqənin adını soruşursa, demək, yenə özünü ifşa etmisən. “Səhər hər şeyi açıqlayaram” deyib, həyat yoldaşını sakitləşdirməyə çalışırsan. Özünsə səhərədək yatmayıb məsələni necə həll edəcəyin barədə düşünürsən.

Səhər yuxudan duranda anan səndən gün ərzində etdiyin, amma heç kimə deməyidiyin bir hadisəni xəbər alır. Təəccüblənmə, sən yenə də sirlərini yuxuda ifşa etmisən. Yuxuda danışmaq bir çox kişilərin başının bəlasıdır. Hətta bu xüsussiyyətinə görə ailəsi dağılanlar da olub.

Qadınlar, daha “iş yoldaşımın adıdır, bütün gün bir yerdəyik də”, “yuxuda mənlə bir sinifdə oxuyan qızı görürdüm, onun adını çəkmişəm”, “yəqin baxdığım filmin təsirindəndir”, kimi bəhanələrə inanmayın. Çünki psixoloqlar sübut ediblər ki, gecə yatarkən kişinin danışdığı sözlər realda baş verən hadisələrin nəticəsidir, özü də kişilər yuxuda ancaq sirlərini etiraf edir. Belə insanlara yuxuda danışarkən nə sual versəniz, doğru cavab alacaqsınız. Yuxuda danışmaq lunatizmin bir növüdür. Bu isə yalnız kişilərdə aşkarlanır. Gənclərin 50 faizində, yaşlı kişilərinsə 5 faizində bu xəstəliyə rast gəlmək mümkündür.

Bəs bundan xilas mümkündür?

Siqareti tərgidin. Xoşagəlməz halın səbəbkarlarından biri də odur. Onu tamamilə tərgitməyə çalış. Əgər çətindirsə, axşam saat 8-dən sonra çəkməməyə çalış və spritli içkilərdən uzaq dur. Başını müxtəlif çərəzlərlə qat.

Efir yağı və sərin otaq. Yatmazdan əvvəl ilıq suya bir-iki damcı efir yağı töküb, əl-üzünü yu. Sonra eyvana çıxıb, 15 dəqiqə təmiz hava al. Yataq otağının gecə isti olmamasına çalış. Çünki gecə yataq otağının isti olması da hərarətin qalxmasına və lazımsız şeyləri çərənləməyə səbəb ola bilər.

Bəyaz vərəq. Problemin var və onu heç kimə danışa bilmirsənsə, ağ kağız götür. Yatmazdan əvvəl problemini və heç kimə demək istəmədiyin sirlərini kağıza yazıb etibarlı bir yerə qoy.

Günün ikinci yarısından sonra qəhvə içmə. Yaxşı olar ki, yatmazdan əvvəl içinə bal qatılmış süd içəsən. Yatağa getdikdən sonra qəzət, kitab və ya jurnal oxu.