backend

İQTİDAR DƏYİŞİR: İlham Əliyevin 5 köməkçi təyin etməsinin şok gizlinləri

İQTİDAR DƏYİŞİR: İlham Əliyevin 5 köməkçi təyin etməsinin şok gizlinləri

Azərbaycan prezidenti İlham Əliyev Prezident Administrasiyasında dəyişikliklər edib

Ulus.Az haqqın.az-a istinadən xəbər verir ki, Administrasiyanın yeni strukturuna əsasən, prezidentə 5 yeni köməkçi təyin edilib.

Onlar prezidentin aqrar məsələlər üzrə köməkçisi Azər Əmiraslanov, ərazi-təşkilati məsələləri üzrə köməkçisi Zeynal Nağdalıyev, xarici siyasət üzrə köməkçisi Novruz Məmmədov təyon olunub.

Prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və katibliyin rəisi Dilarə Seyidzadə olub. Daha əvvəl prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev idi.

Azərbaycan prezidenti İlham Əliyevin Prezident Administrasiyasında etdiyi son kadr və struktur dəyişiklikləri 3 yüksək ranqlı məmurun istefası ilə müşayiət olunub.

Fatma Abdullazadə Prezident Administrasiyasının humanitar məsələlər üzrə şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Eyni zamanda Kamal Abdulla Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsindən çıxarılıb. Prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev də vəzifəsindən uzaqlaşdırılıb.

Azərbaycan hakimiyyəti dəyişir. Prezident İlham Əliyevin iqtidarı yeniləyəcəyi haqda yazdıqlarımız təsdiqlənir. Bir neçə ay əvvəl ölkə başçısının iqtidarı refreş edəcəyini yazmışdıq.

Struktur islahatları ilə yanaşı kadr dəyişiklikləri də olacaq. Nəqliyyat Nazirliyinin ləğvi struktur idisə, Ziya Məmmədovun gedişi də kadr islahatının davamıydı.

Dövlət orqanlarında gənc kadrların işə qəbul olunması, vəzifədən gedənlərin yerinə cavan nəsildən olan məmurların təyin olunması prezident İlham Əliyevin komandasını gənclərlə yürütmək istədiyini ehtiva edir.

İ.Əliyev islahatçı və reformist siyasətini gücləndirmək, böhran illərində izafi xərcləri azaltmaq, korrupsiyanın kökünün kəsilməsinə mane olan, tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasətini qarşıda prioritet məsələlər kimi qoyub.

"Strateji Yol Xəritəsi”nin qəbul olunması, dövlət stukturlarında qənaət rejimi, icra hakimiyyətlərinə dotasiyaların kəsilməsi iqtisadi reformların mühüm istiqamətidirsə, digər tərəfdən kadr islahatları bunun ən mühüm tərəfləridir.

Ölkənin gündəmi dəyişib, diqqət prezidentə yönəlib və hamı bu dəyişikliklərin davamını istəyir.

Hakimiyyətdə də hər şey qaydasında deyil. Güc strukturları istisna olmaqla, hökumətdə hamının əvəzinə prezident İlham Əliyev işləyir.

Bizə yaxın və neftin qiyməti ilə bağlı çox çətin vəziyyətdə olan Rusiyada prezident Vladimir Putin də çox fəaldır, işləyir, çalışır, üstəlik dünya ilə savaşır da. Çünki hamının əvəzinə işləmir, onun baş naziri, nazirləri də, qubernatorları da iş başındadırlar.

Baş nazir Artur Rasi-Zadənin böhrandan bəri heç səsini eşidən olmayıb, iqtisadi sferanı kurasiya edən məmurlar hadisələrin ardınca sürünürlər, göstəriş gözləyir.

Prezidentin dediklərini mübtəda ilə xəbərin yerini dəyişərək yenidən təkrar edirlər. Ona görə də işlək, çevik kadrların gətirilməsi, struktur dəyişiklikləri qaçılmaz idi.

Neft pulları nazirləri o qədər tənbəlləşdirib ki, onları yeni rejimə keçirmək çətinləşib, bunu görməmək mümkün deyil. Hətta müşavirələrdə belə bəziləri yerində qurcalanır; bu yaşda saatlarla bir yerdə oturmaq belə çətindir.

Əvvəl hər şeyi neft pulları həll edirdi, kabinetdən göstərişlə problemlər yoluna qoyulurdu, indi isə kadrların irəli çıxması zamanı gəlib, amma onlar bu dövrə öyrəşə bilmirlər.