backend

Serjlə Kremlin hiyləsi keçmədi: ATƏT gəlir, düşmən darmadağın edilir - Gəlişmə

Serjlə Kremlin hiyləsi keçmədi: ATƏT gəlir, düşmən darmadağın edilir - Gəlişmə

















Azərbaycan əsgəri ermənilərin özbaşınalığına dözmək fikrində deyil və ordumuz düşmənin bütün mövqelərini darmadağın etmək üçün tam hazır vəziyyətdədir

Müdafiə Nazirliyi dəfələrlə düşməni ən amansız şəkildə cəzalandırılacağı ilə bağlı xəbərdar edib.

Bu cəzalandırma prosesi Xocavənd-Füzuli istiqamətində düşmənin müşahidə məntəqəsinin sıradan çıxarılmasında bir daha özünü göstərdi.

O cümlədən əsgərlərimiz düşmənin çox ciddi avadanlıq saydığı kəşfiyyat-müşahidə qurğusunu ustalıqla ələ keçirməyə müvəffəq olublar. Baxın, erməni ordusu nə qədər bərbad bir durumdadır ki, istifadə etdikləri üsullar da onların adına layiqdir.

Ermənilərin bu cür fəallaşması həm də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərləri ilə əlaqədardır. Ancaq heç nə alınmayacaq və Azərbaycan Silahlı Qüvvələri düşmənin bütün təxribatlarını layiqincə cavablandıracaq.

Qeyd edək ki, ötən gün Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmənə məxsus bölmənin mühafizə olunan komanda müşahidə məntəqəsi və müşahidə qülləsinin optik qurğusu Ordumuz tərəfindən atəşlə dağıdılıb.

Dağlıq Qarabağ konflikti olduqca təhlükəli bir fazaya qədəm qoyub. Əksər siyasi və hərbi ekspertlər də son vaxtlar xüsusi olaraq vurğulayır ki, problemin həllində tezliklə ciddi dönüşə nail olunmasa, müharibə qaçılmaz olacaq.

Müharibə isə təkcə Azərbaycan və Ermənistan arasında getməyəcək. Ona bir sıra regional və qlobal güclər də qoşulmalı olacaq. Başqa sözlə, münaqişəyə cəlb olunmuş bütün dövlətlərin regiondakı köklü maraqları böyük sınağa çəkiləcək.

Ulus.Az-ın xəbərinə görə, Dağlıq Qarabağ problemi isə onun əsas memarı olan Rusiya üçün getdikcə məxsusi başağrısına çevrilməkdədir.

Müşahidələr göstərir ki, şimal qonşumuz artıq ciddi bir Qarabağ dilemması ilə üzləşib və bu dilemma aybaay çətinləşməkdədir.

Rusiyanın Qarabağ dilemması isə həm də Bakı ilə İrəvan arasında olan siyasi dilemmadır, siyasi seçim məsələsidir. Moskva üçün problem ondadır ki, o, nə Ermənistanı, nə də Azərbaycanı itirmək istəyir və hər ikisini öz təsir zonasında saxlamağa çalışır.

Lakin zaman ötdükcə bunu reallaşdırmaq, Bakı ilə İrəvan arasında “balansı” və mövcud status-kvonu saxlamaq müşkülə çevrilir.

Bu da o anlama gəlir ki, Dağlıq Qarabağ düyünü yaxın zamanlarda mütləq açılmalı, üstəlik, məhz Kreml bu prosesə real töhfə verməlidir. Çünki konfliktin həllinə onun təsir rıçaqları hələ ki heç bir başqa vasitəçi dövlətdə yoxdur.

Əks halda, Qarabağ ətrafında situasiya Rusiyanın iradəsi altında olmayan məcrada inkişaf tapa, Moskva problemə olan-qalan təsir imkanlarından da məhrum ola, münaqişənin həlli başqa güclərin patronajlığı altına keçə bilər.

Məsələdə Kremli çətinə salan amillərdən biri də elə Rusiyanın işğalçını silahlandırmaqda davam eləməsi, bununla da faktiki şəkildə özünün Qarabağ dilemmasını qəlizləşdirməsidir.