backend

Dəhşətli vulkan püskürməsi kameralara düşdü – VİDEO

Dəhşətli vulkan püskürməsi kameralara düşdü – VİDEO




Hər şey bir anda baş verdi.

İnternetdə Papua – Yeni Qvineyada Tavurvur vulkanının püskürməsinin əks olunduğu kadrlar yayılıb.

qaynarxett.az xəbər verir ki, kadrlarda vulkanın kraterinin bir anda partlaması və zərbə dalğasının ətrafa yayılması əks edilib.

Vulkan püskürməsini həmin an orda olan, baş verənləri dənizdən izləyən şahidlər çəkib.

Xatırladaq ki, Tavurvur vulkanı 2014-cü ilin avqust ayının 29-dan püskürməyə başlayıb.

Kül buludu 15 km hündürlüyə çatıb, bu səbəbdən təyyarələr alternativ marşrutlar axtarmağa məcbur qalıb. Rabaul şəhəri 1994-cü ildə vulkan püskürməsindən sonra kül qatı altında qalıb və yenidən tikilib.

Tavurvur – Rabaul şəhərinin yaxınlığında Yeni Britaniya adasında, Papua – Yeni Qvineyada yerləşən fəal vulkandır.

Tavurvurun diametri 8-dən 14 km-ə qədərdir. O, VI əsrdə püskürmə şkalasına görə (VEİ) 6 ballıq püskürmədən sonra yaranıb. Bəzən isə 535-536-cı illərin iqliminin dəyişməsinə məhz onun səbəb olması fikri də irəli sürülür.