backend

İlham Əliyevə ən çox şikayət Kərəm Həsənovdan gəlirmiş - Şok statistika/Təfsilat

İlham Əliyevə ən çox şikayət Kərəm Həsənovdan gəlirmiş - Şok statistika/Təfsilat

















Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin may ayı üzrə analiz işini yekunlaşdırıb

Mənfi xəbərlərin hamısı Əmlak Məsələləri Dövlət Komitəsinə məxsusdur. Komitə sədri Kərəm Həsənovdan prezident İlham Əliyevə şikayətlər birinci yerdə gedir.

Gerçəkdən də komitə sədri haqda saysz-hesabsız neqativ informasiyalar, şikayətlər aşıb-daşır. 2017-ci ilin may ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 6805 xəbər yerləşdirilib.

Bunlardan 11-i mənfi, 652-si müsbət və 6142-si isə neytral xəbərlərdir. Mənfi xəbərlərin hamısı Əmlak Məsələləri Dövlət Komitəsinə (komitə sədri Kərəm Həsənovdan İlham Əliyevə şikayət) məxsusdur.

Müsbət xəbərlər isə Dövlət Gömrük Komitəsi (615 xəbər – komitə sədri Aydın Əliyevin “Şöhrət” ordeni ilə təltif olunması, gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alması) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (37 xəbər – qanunsuz məscid yaradan dini icma sədrinin gizli fəaliyyətinin aşkar olunması) aiddir.

K.Həsənovdan narazılığın səbəbi daşınmaz əmlakın reyestrində, sənədləşmə və qeyiyyat işlərində, o cümlədən torpaq rəsmiləşdirilməsində, mənzillərə “kupça” verilməsində olan rüşvətxorluq, bürokratiya, vətəndaşların get-gələ salınması, incidilməsidir.

Eyni zamanda komitə sədrinin adının MTN hadisələrində dəfələrlə hallanması, onun yaxın çevrəsinin mahmudovçu qruplaşma ilə işbirliyində ittiham edilməsi haqda kifayət qədər xəbərlər var.

Ulus.Az xəbər verir ki, bu statistika və hakimiyyətin K.Həsənova olan münasibəti axın vaxtlarda vəzifədən gedəcəyinə işarədir. Komitənin ləğv edilərək ASAN Xidmətə verilməsi də gündəmdə aktual mövzudur.

Ekspertlər də bu fikirdədir ki, ASAN xidmət əmlak komitəsinin səlahiyyətlərini şəffaf şəkildə icra edə bilər. Bununla milyonlarla vətəndaşın böyük bir bəladan xilas olacağını söyləmək olar.

Prezident İlham Əliyevin axır zamanlar verdiyi fərman və sərəncamları sabota edən və korrupsiya bataqlığında boğulan Kərəm Həsənovun komitəsi deyəsən artıq öz mövcudluğunu başa vurmaq ərəfəsindədir.

Çünki əhalinin rüşvətsiz heç bir iş görə bilməyəcəyi yerlərdən biri daha doğrusu ən birincisi elə əmlak komitəsidir.

Kərəm Həsənovun Eldar Mahmudovla şərikli şübhəli əməliyyatları, sahibkarların əmlakının əlindən alınaraq MTN generallarının sahibliyinə verilməsi ( bütün bunlar haqda mətbuatda dəfələrlə yazılmışdı və təkzib olunmamaışdı) əməliyyatları komitə sədrinin axırına çıxıb.

Bütün bunlar az imiş kimi qardaşı Malik Həsənovunda qanundan kənar əməliyatları barədə mətbuata sızdırılan və indiyə qədər də təkzib olunmayan məlumatlarda artıq hədəfdə Kərəm Həsənovun olduğundan xəbər verir.

Bir müddət əvvəl MTN işi ilə bağlı "quyruğu qapı arasında qalmış”, Mahmudov-Çovdarov bandası ilə işbirliyi de-şifrə olmuş, barəsində ifaşedici materiallar yayımlanmış K.Həsənov vəziyyətdən sivişib çıxmağa müvəffəq olmuşdu.

Hətta mətbuata da minnətçi düşən və media emissarlarının hesabına təşkil etdiyi kampaniya ilə Mahmudov-Həsənov əlbirliyini ört-basdır etməyə çalışan komitə sədri kim bilir ki, istintaqa nələr açıqlayıb.

Elə bu iş üzrə Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovu qurban verən Kərəm Həsənov üçün bir həyat kredosu var - silahdaşlarını, ona dəstək verənlər ən dar anda ələ vermək olar, təki kreslosunu itirməsin.

Hər halda faktlar bunu deməyə əsas verir. Görünür, heç nə başa çatmayıb və yuxarıdakı statistika da Həsənovun gedişinin başlanğıcı haqda mesajdır.