backend

Xırdalanda partlayış: 9 nəfər xəsarət aldı

Xırdalanda partlayış: 9 nəfər xəsarət aldı

Dağıntılar altında qaldığı şəxslərin xilasedilməsi davam etdirilir.

Dağıntılar altında qaldığı ehtimal edilən digər şəxslərin xilasedilməsi istiqamətində işlər davam etdirilir.

Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılanların sayı 9-da çatıb.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.