backend

Hafiz Hacıyev iftar süfrəsi təşkil edir - İftar süfrəsinə kimlər gələcək? + Video

Hafiz Hacıyev iftar süfrəsi təşkil edir - İftar süfrəsinə kimlər gələcək? + Video



















Müasir Müsavat Partiyası (MMP) Ramazan ayı ilə əlaqədar olaraq, dindar kəsimin nümayəndələri üçün iftar süfrəsi təşkil edəcək

Bu barədə açıqlamasında MMP-nın sədri Hafiz Hacıyev özü məlumat verib. H. Hacıyev bizimlə müsahibəsində səmimi söhbətlərə də toxunub. Oruc tuta bilməyən partiya sədri oruc tutmadığına görə, bunun əvəzində insanlara yaxşılıqlar etdiklərini bildirib:

"Mən oruc tutmuram. Səhhətimdəki problemlərlə bağlı oruc tuta bilmirəm. Buna həkimim də icazə vermir. Amma bu ayda ehtiyaclılar üçün, ümumiyyətlə, xalq üçün əlimdən gələn bütün yaxşılıqları edirəm. Onsuz da, mən insanlara hər gün, hər saat kömək edirəm. Yanıma gələnlərin heç biri ümidsiz qayıtmır. Kimin nəyə ehtiyyacı olursa,qismən də olsa köməklik göstərirəm. Mən demirəm belə, hər kəsə kömək edirəm. Mənim özümə də kömək edən lazımdır. Maddi cəhətdən elə də böyük imkanlarımız yoxdur. Amma maximum çalışdığım qədər bu xeyirxahlığı edirəm. Bəzən olur ki, yanımıza şəhid ailələrindən, yoxsul təbəqənin nümayəndələrindən kimsə gəlir, biz heç vaxt onları ümidsiz yola salmırıq”.

H.Hacıyev bildirib ki, indiyə qədər heç vaxt oruc tutmayıb. Amma İslam dininə, dini ayinlərə, dindarlara böyük hörmətinin olduğunu deyib: "Dindar kəsimin nümayəndələrindən çoxlu dostlarım, tanışlarım var. Hamısına da hörmətim böyükdür.

Bizim partiyanın üzvləri sırasında dindar təbəqənin olub-olmamasına gəlincə isə, əgər desəm ki, partiyamıza qoşulanlar arasında dindar kəsimin də nümayəndələrindən var. O zaman deyəcəklər ki, Hafiz Hacıyev dini sektoru başına yığıb. Təbii ki, bizim də partiya üzvlərindən oruc tutan, namaz qılanlar var. Amma desəm ki, hər hansı bir molla mənim partiyamın üzvidir, bu, artıq yalan çıxar. Desəm ki, hər hansı bir dini icmanın başçısıyla əməkdaşlıq edirəm, bu da yalan olar”.

Partiya sədri yaxın günlərdə dini kəsimin nümayəndələri üçün partiya qərargahında iftar süfrəsi təşkil edəcəyini bildirib. İftar süfrəsinin təşkil ediləcəyi günün vaxtını dəqiqləşdirməsələr də, bunun yaxın günlərdə, tez bir zamanda baş tutacağını qeyd edib:

"Vaxtını dəqiq deyə bilməyəcəm, amma MMP-nın qərargahında yaxın günlərdə iftar süfrəsi təşkil edəcəyik. Bu məsələ barədə, müavinlərimlə danışıb vaxt təyin edəcəyik”. (Kanal15.tv)