backend

Gədəbəydə zülm ərşə dirənib

Gədəbəydə zülm ərşə dirənib

Başçı bələdiyyə «bazarı» açıb

Gədəbəydən redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, rayon icra başçısı Ramiz Yediyarov noyabr ayında keçiriləcək bələdiyyə seçkilərini artıq indidən “keçirməyə” başlayıb.

Belə ki, icra başçısı bələdiyyə seçkilərini qazanc mənbəyinə çevirərək köməkçisi Elşad İsmayılov vasitəsi seçilmək istəyənlərə konkret qiymət irəli sürüb. Məlumatda bildirilir ki, köməkçisi vasitəsi ilə başçı kənd bələdiyyə sədrlərinə yerlərində yenidən qalmaq üçün 5-7 min manat arası təyin edib.

Başçı köməkçisi kənd icra nümayəndləri vasitəsi ilə hazırkı bələdiyyə sədrlərinə sifarş verib ki, “kim deyilən hesabı ödəsə, o da vəzifəsində qalacaq”.

Bildirək ki, Gədəbəy rayonunda 31 bələdiyyə var onların 30 kənd bələdiyyəsidir.

Fermerlərin canı boğazına yığıb...
«Ramiz Yediyarov biz gədəbəyliləri adam yerinə qoymur. Yeganə dolanışıq yerimizh əkin-biçindir. Başçı bu əkin-biçinə də şərik olub». Bu sözlər bir qrup Gədəbəy sakininin rayon icra hakimiyyətinin başçısından giley-güzarla dolu olan şikayət məktubundandır.

Narazı vətəndaşlar bildirirlər ki, Ramiz Yediyarovun adamları məhsullarını tarladan yığmamış başlarının üstünü kəsdirirlər:

«Biz yazıq adamlarıq. Başqa ümidimiz yoxdur. Nədi-nədi hektara görə, 80 manat pul veriblər. İndi Yediyarovun adamları dirəşib ki, məhsulumuzu onun adamlarına satmalıyıq. Bakıya tək-tük mal aparanlar var. Onlar yaxşı pul qazanırlar. Amma yiyəsi olmayanlar məcburdurlar ki, Bakıdakı qiymətlərdən 20 dəfə aşağı qiymətə Yediyarovun adamlarına öz məhsulunu satsın».

Vətəndaşlar yazır ki, bununla bağlı kənd təsərrüfatı nazirliyinə də şikayət ediblər: «Amma bizi eşidən yoxdur. Nazir Heydər Əsədov ayrı yerdə kənd təsərrüfatının inkişafından danışır. Biz xahiş edirik ki, danışanda Gədəbəyin adını çəkməsin. Çünki Yediyarov nə qədər ki, bu rayonda başçıdır, rayonu yeyəcək. Ya bizi bu başçının əlindən alsın, ya da Gədəbəy adlı rayonun təsərrüfatının olmadığını dəftərinin bir kənarına yazsın».
Ardı var...