backend

Andlı müəllimlər...

Andlı müəllimlər...

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov APA-ya açıqlamasında deyib ki, təhsil nazirinin əmri ilə yeni təsdiqlənən “Müəllimlərin etik davranış qaydaları”nda “Müəllim andı” da əksini tapıb. Onun sözlərinə görə, Azərbaycanda 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə 1700-ə yaxın müəllim işə qəbul olunubsa, onların hamısı and içməyəcək: “Andiçmə bu ildən ilk dəfə müəllim işləyəcək şəxslərə şamil olunacaq. Belə müəllimlərin sayı təxminən 1500 nəfərdir. Belə ki, bu il ilk dəfə olaraq müəllim kimi fəaliyyətə başlayacaq 1500 müəllim üçün andiçmə keçiriləcək. Bu il imtahan verib, müəllimlik peşəsinə yiyələnən pedaqoqlar ilk and içən müəllimlər olacaq”.
Andiçmənin nə vaxt keçiriləcəyi barədə, F.Qədirov bildirib ki, bu proses bütün məktəblərdə eyni gündə olmaya bilər. Onun sözlərinə görə, məktəblər özləri bu tarixi müəyyənləşdirəcək və andiçmə həyata keçiriləcək.
And içmənin tərkibi :- “Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsil alanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm” ibarətdir. Deyəsən təhsil nazirliyi müəllimlərin olmalı olduğu qəlibə and içməylə salmaq isdəyir.
Qulaqa çox xos gəlir elə deyilmi?. Müəllimlər and içəcək və təhsilimiz çiçəklənəcək, rüşvət halları aradan qalxacaq, müəllim aldığı 130-140 manatlıq maaşıiyla hər dərs şagirdlərilə yüksək səviyyəli, fərdi qayğı əsasında bilik aşılayacaq, şagirdlərini öz zəngin “təcrübəsilə” sıxışdırıb, onlara mütəmadi əksik qiymətlər yazmayacaq, ki, axırda tələbə məcburiyyət qarşısında qalıb fərdi hazırlığa getsin və s və i a.. bu fikirdə olanlar əfsuski bu “And” arzularınızın reallaşmasına yardım etməyəcək. Müəllimlik mənəviyyat yüklü çox çətin və şərəfli peşədir. Konsitutisiyaya and içməklə heçnə dəyişməz. Bütün bu sadalananlar mənəviyyat əxlaq işidir. Hər insanda mənəviyatlı deyil. Bunun əvəzində müəllimlərin ruh yüksəkliyi ilə dərs demələrini təmin etmək üçün, onların aylıq zəhmət haqlarını nəzərə çarpacaq dərəcədə qaldırmaqla nail olmaq olardı. Və buna yardimçı bir versiya olaraq da, gəlirdən başqa heçnə düşünməyən, müəllimləri pul yığmağa zorlayan, məktəbi oz biznes sahəsinə çevirən, millətin gələcəyi ilə oynayan məktəb direktorlarını aşkarlayıb onlara şiddətli töhmət verərək vəzifələrindən azad etməklə yüksək nəticə almaq olardı nəinki “and” içməklə. Axı bu vacib peşədir. Bir millətin gələcəyi güclü əsaslarla qurulmuş təhsildən aslıdır. Iş görməy naminə ilin yekununda filan laihəni həyata keçirdiy, buna görə bu qədər vəsait xərclədik, kimisnnən çıxış etmək üçün lazımsız tədbirlər həyata keçirmək nəyə lazımdır?!. En azından bu, illərini Azərbaycan təhsilinə onun inkişafina can qoymuş kəslər üçün təhqirdir. Bu əlavə dəyişiklikdən sonra artıq müəllimləri iki hissəyə bölmək lazım gələcək. Andlılar və andsızlar. Sizcə hansı daha etibarli olacaq?
Hər qab içinə bir şey qoyduqca daralır. Ancaq elm qabı istisnadır: o, elm qoyulduqca genişlənir. O qaba elm çəkmək lazımdır, boş qabı dolu təsəvvür edib üfləyərək soyutmaq yox.