backend

İŞİD sərhədlərimizdə: Xüsusi xidmət orqanları hərəkətləndi - Gəlişmə

İŞİD sərhədlərimizdə: Xüsusi xidmət orqanları hərəkətləndi - Gəlişmə

















Artıq Qərb və bir sıra ölkələrin mediasında bu təbliğat kampaniyasına start verilib

Yeni yaranacaq dövlətlərdən biri də, İraqın şimalında yaranacaq Kürdüstan dövlətidir.

Türkiyə və İran bu planın əleyhinə çıxdığına görə, İrana qarşı belə terror törədilib. Çünki İran bu ölkədə və bir sıra ərəb ölkələrində güclü mövqeyə malikdir.

Baxın, zamanında Səddam Hüseyni Qərb yıxdı, ancaq İran bundan yararlanaraq hakimiyyətdə öz maraqlarını təmin etdi.

Hakimiyyət bölgüsünə əsasən baş nazir şiə olmalıdır və buna görə də baş nazir İranın təsir dairəsindədir.

Bu gün İran 4 ərəb ölkəsində böyük nufuz sahibidir və onların hakimiyyətinə birbaşa təsir edən ölkədir. Bu da Amerikanın maraqlarına uyğun gəlmir.

Bəzi məlumatlara görə, Şimali və Cənubi Qafqazın 16 min sakini İŞİD-in fəaliyyətində iştirak edir, digər məlumatlara əsasən isə bu təşkilatda adı çəkilən regiondan 10 minə yaxın insan fəaliyyət göstərir. Onların təhlükə səviyyəsindən danışmağa dəyməz.

Ən qorxulu iddia isə budur ki, 2016-cı ilin son aylarından Şimali Qafqaz, Orta Asiya və Azərbaycandan olan və kamikadze kimi yetişdirilmiş İŞİD-çilər geri qaytarılırlar. Rusiya KİV-ləri iddia edirlər ki, Suriyada bununla bağlı 20-25 arasında dəyişən xüsusi qruplaşmalar yaradılıb.

Hələ 2016-cı ilin iyul ayında Türkiyə kəşfiyyatı o məlumatı da yaymışdı ki, İŞİD Türkiyə, Şimali Qafqaz və Azərbaycanda terror aksiyalarına başlamaq barədə qərar qəbul edib və bu məqsədlə yaratdığı qruplaşmaları bölgəyə göndərməyə başlayıb

Ulus.Az-ın Siyasət Şöbəsinin verdiyi xəbərə görə, artıq İŞİD Azərbaycan sərhədlərinədək ayaq açıb və ona görə də təhlükəsizlik tədbirləri gücləndirilməlidir.

Burada digər əsas məqam ondan ibarətdir ki, hansısa mərkəzlər təxribat xarakterli hərəkətlər edib Azərbaycanı bu prosesə cəlb etməyə çalışar. Ona görə də ehtiyatlı və ayıq olmaq lazımdır.

Məsələn, bəzi mərkəzlər tərəfindən Azərbaycan ərazisinin Cənubi Azərbaycan əyalətləri hesabına genişləndirilmiş xəritəsi yayılmaqdadır. Bu məsələdə ehtiyatlı olmaq lazımdır.

Əldə etdiyimiz xəbərlərə görə, hüquq-mühafiə orqanları artıq təhlükəsizlik tədbirlərini gücləndirib. Həm sərhədlərimizdə, həm ölkə içərisində mühafizə artırılıb. Xüsusən də İrandakı terror Azərbaycanı ayıq-sayıq olmağa vadar edib.

Ona görə də Azərbaycan qeyri-qanuni silahlı qruplaşmalarda iştirak edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair qanun qəbul edərkən, məqsəd Azərbaycan vətəndaşlarının İŞİD-in fəaliyyətinə qoşulmağının qarşısını almaq idi.

Çünki sonradan onların hüquqlarını pozmadan onları təqib etmək çətin olur. İŞİD-də olarkən isə onlar yalnız hərbi dözümlülük deyil, eyni zamanda terror təcrübəsi yığır və terror fəaliyyətinin peşəkarlarına çevrilirlər, onlar bir növ terror agentlərinə çevrilirlər.