backend

“Müəllimlərə və şagidrlərə “kitayski” yelpik verilsin” - deputatdan kəskin ironiya

“Müəllimlərə və şagidrlərə “kitayski” yelpik verilsin” - deputatdan kəskin ironiya

















“İyun ayının istisində dərsə getməyə məcbur olan məktəblilərin və müəllimlərin hər birinə sərinkeş olmayan otaqlarda tərdən qurtulmaq üçün ödənişsiz əsaslarla “kitayski” yelpik verilməlidir”

Bunu deputat Fazil Mustafa bildirib.

O qeyd edib ki, təhsilimizi TƏRdən qorumaq üçün bir dənə də böyük Avropa və ya Amerika yelpiyi lazımdır.

“İllərdir təhsilimizdə BİLGİnin hələ də TƏRdən önə keçmədiyini görürük. Sentyabrın 1-i ənənə olaraq Azərbaycanda Bilik Günü günü kimi yadda qalıb. Ancaq təhsilin məqsədi bilik olmadığına görə dərslərə bilikdən 15 gün adlayaraq başlayırıq.

İctimai nəqliyyat keyfiyyətli, əlçatan, alternativli və təhlükəsiz olmadığına görə uşaqları ilə birlikdə hər gün məktəbə əziyyətlə iki dəfə gedib qayıdan, yaxud da pulsuz adlanan təhsil üçün uşaqları məktəbə aparıb-gətirməyə xüsusi maşın tutaraq cibindən vəsait ödəyən, sonra da daha keyfiyyətli imtahan hazırlığı üçün cibindən repititorlara pul dağıdan qəhrəman valideynlərə də mənəvi kislarod çatışmazlığı üçün gündə 300 qram süd kompensasiyası verilməlidir”-deyə deputat əlavə edib. (Modern.az)