backend

120 milyon qız cinsi istismara məruz qalıb

120 milyon qız cinsi istismara məruz qalıb

Son illərdə isə uşaqlara qarşı təcavüz daha da artıb.

UNİCEF təcavüzə məruz qalan uşaqlarla bağlı dünya üzrə hesabat hazırlayıb.
Hesabata görə, dünya miqyasında 20 yaşına qədər 120 milyon qız cinsi istismara və təcavüzə məruz qalıb.
Bu da orta hesabla hər 10 qızdan birinin cinsi istismara məruz qalmağı deməkdir.
Hesabatda qeyd olunur ki, 2012-ci ildə böyük qismi Latın Amerika və Karib dənizi ölkələrində olmaqla 95 min uşaq və gənc öldürülüb.
190 ölkəni əhatə edən hesabata görə 2-14 yaş arası hər 10 uşaqdan 6-sı qəyyumu tərəfindən davamlı olaraq fiziki cəzaya məruz qalır.
Son illərdə isə uşaqlara qarşı təcavüz daha da artıb.
Hesabatda vurğulanır ki, bəzi ölkələrdə uşaqların fiziki cəzalandırılması ictimaiyyət tərəfindən qəbul olunur və üstüörtülü şəkildə olsa da dəstəkləyirlər. Fiziki cəzaya məruz qalan uşaqlar isə bunu bildirməkdən qorxurlar.