Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib
VI turun ikinci oyun günündə 9 oyun keçirilib.
Azərbaycan yığması evdə Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzsa da, Çexiya Norveçlə səfər matçında bundan lazımınca yararlana bilməyib. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Almaniya San Marinonu 7:0 hesabı ilə yenərək, xallarını 18-ə çatdırıb. Şimali İrlandiya isə ikinci pillədə möhkəmlənib və Çexiyanı 4 xal geridə qoyub.
E qrupunda ilk pillədə qərarlaşan Polşa Rumıniyanı Robert Levandovskinin het-triki ilə, Danimarka isə Qazaxıstanı səfərdə eyni hesabla yenib. Monteneqro isə Ermənistanı darmadağın edib.
F qrupunun lideri İngiltərə Şotlandiyaya məğlubiyyətdən uzatma dəqiqələrində qurtulub. Slovakiya və Sloveniya müvafiq olaraq, Litva və Malta üzərində qələbələr sayəsində liderə yaxınlaşıblar.