backend

Azərbaycanda təşkilat sədri: "Mən azan səsi eşitmək istəmirəm"

Azərbaycanda təşkilat sədri: "Mən azan səsi eşitmək istəmirəm"

















Azərbaycanda QHT sədri hər kəsi təəcübləndirən fikirlər səsləndirib.

AZXEBER.COM-un məlumatına görə, "Uşaq və Tələbə Gənclər Dünyası" İctimai Birliyinin sədri Bəxtimşah Tağıyeva sosial şəbəkədə Azanla bağlı fikirlərini qeyd edib.

O deyib ki, gecə vaxtı Azan səsi eşitmək istəmir: "Kim nə deyir desin, mən gecə yarı mikrafonla azan səsi eşitmək istəmirəm. Xəstə var, başqa dinlər var, uşaq var. Onları niyə yarım xəstə etməlidir ki? Uşaq yatızdırmaq asandır bəyəm?"

QHT sədrinin bu fikirləri birmənalı qarşılanmayıb. Bu statusu paylaşan bəzi şəxslər onu tənqid ediblər.

Azərbaycanda təşkilat sədri: "Mən azan səsi eşitmək istəmirəm"