backend

Ölkə başçısı Rövnəq Abdullayevə vaxt qoydu - HƏLƏLİK FUTBOLDA

Ölkə başçısı Rövnəq Abdullayevə vaxt qoydu - HƏLƏLİK FUTBOLDA

Milli komandamızın Rusiyaya 0:4 hesabı ilə yenilməsi ciddi narazılığa səbəb olub

Millimizin belə bir prinsipial oyundakı böyük hesablı məğlubiyyəti Rövnəq Abdullayevin hədəfə çevirilməsinə səbəb olub.
Məlumata görə, AFFA prezidenti hətta buna görə danlanıb da. Ölkə rəhbərliyi tərəfindən danlanan Rövnəq Abdullayevə sentyabrın 9-da startı veriləcək Avropa çempionatının sonunadək vaxt verilib. Əgər milli komanda qarşıya qoyulan hədəfə çatmasa — Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmasa, AFFA başçısı da, Berti Foqts da işini itirəcək.
Məlumatlı mənbə iddia edir ki, ölkə rəhbərliyi tərəfindən danlanan Rövnəq Abdullayev acığını Elxan Məmmədovdan çıxıb. Prezident baş katibə illərdi müdafiə etdiyi baş məşqçidən hesabat istəməyi tələb edib. Rövnəq Abdullayev həmçinin bildirib ki, Bolqarıstanla oyunda qələbə qazanılmasa, komanda üzvlərinə heç bir mükafat verilməyəcək.