backend

Ağcabədidən o dünyaya aparan yollar... - ŞİKAYƏT

Ağcabədidən o dünyaya aparan yollar... - ŞİKAYƏT

















“Təzadlar”ın Araşdırma Qrupu bölgələrdən daxil olan şikayətləri ümumiləşdirərək Azərbaycanın yol təsərrüfatındakı biabırçı vəziyyəti yerindəcə araşdırmaq qərarına gəldi... Olduqca qanqaraldıcı vəziyyətlə qarşılaşdıq. Təsəvvür edin, monitorinq qrupu məcburi köçkünlərin yaşadıqları və neçə vaxtdır bir sıra problemlərinin işıqlandırılması xahişi ilə ünvan etdikləri ərazilərə də baş çəkməli olduq. Bunun üçün reportyor qrupu Bakıdan təyinat edərək Kürdəmir-Zərdab-Ağcabədi-Hindarx-Ağdam-Ergi qəsəbəsi(düşmənlə burun-buruna) marşrutunu seçməli olduq. Yollardakı dağıntıları, yamaqları, çala və ölüm risqli xəndəkləri görərək Prezidentin Ehtiyat Fondundan adı çəkilən rayonların yol infrastrukturuna ayrılan vəsaitləri yadımıza saldıq. Bircə söz tapdıq: haramınız olsun!!!

Ağcabədinin İcra Başçısı Şahin Məmmədovun məşhur şuarına niyə hamı gülür?

Daha ətraflı yazı hazırda çapa hazırlanır... Hələlik bir məqamı diqqətə çatdıraq ki, bizi müşaiyət edən taksi sürücüsü monitorinq qrupunu Kürdəmirdən Mollakənd-Zərdab-Ağcabədi marşrutu ilə mənzil başına çatdırmaq üçün 40 manat pul istədi. Dedik ki, çox bahadır... O isə səbəbini yol boyu bizə izah etdi ki, haram olmasın, niyə çox istədiyini biz də bilək... Və həmin yolları keçəndən sonra sürücüyə “Halalındır!” dedik...
Sürücü Babək Afşarlı kədərli halda deyir: “Ağcabədinin icra başçısı Şahin Məmmədovun 15 illik icra başçılığı bircə onunla yadda qalıb ki, əl boyda Ağcabədininn mərkəzini gül-çiçəkli edib, bir də daim Bakıdan qonaq qəbul edib. Vəssalam. Nə vaxt gedirsən, köməkçisi deyir ki, Bakıdan qonaqları var... Deputat gəlib... Ağcabədinin deputatını hamı tanıyır. Yerli adamdır, yazıçıdır... Aqil adında bir adamdır. İnanmırıq ki, həmin deputat il boyu Şahin Məmmədovu “zanit” eliyə... Bəs başçı bilmir ki, Ağcabədidən Hindarx-Ağdam-Bərdə, yaxud Ağcabədi-Kanalaltı yoluynan Bərdə-Bakı marşrutu ilə, ya da Ağcabədi-Beyləqan yolu ilə, lap sonda məcbur olub Ağcabədi-Zərdab-Kürdəmir yoluna çıxmaq lazımdır. Necə çıxasan? Hər addım ölümlə üz-üzə olmalısan. Prezidentin Allah canını sağ eləsin, hər il bir neçə dəfə rayonların yollarına vəsait ayırır. Həm də Ağcabədiyə... Bəs niyə Ağcabədi indi mühasirə vəziyyətindədir??? Hindarx yolu ilə getsən, yaxşı halda 1-ci qrup əlillik alacaqsan... Nədir, bizim də dörd tərəfimiz düşmən əhatəsindədir?! Bu yollar niyə bu gündədir?

Ağcabədinin İcra başçısı və 1-ci müavini Bakıdakı evinə hansı yolla gedirlər?

Taksi sürücüsünün ürəyi doludur:
-İcra başçısı Şahin Məmmədovun bir məşhur reklam-şüarı var... Baxın, söz ağzımdan çıxan kimi qarşımıza çıxdı : “Ata, ehtiyatlı ol, yolunu gözləyirik!”. Evə sağ-salamat çatanda uşaqlara deyirəm: “Ay oğul, yolumu gözləməyin, Kürdəmir-Zərdab-Ağcabədi-Beyləqan, ya da Hindarx yolu bizi cəhənnəmə aparır, Şahin müəllim bunu zarafat naminə yazdırıb...”.
-Bəs Kürdəmir-Zərdab-Laçın-Ağcabədi-Hindarx yolunda sürücü və sərnişinləri nə gözləyir?
-Kürdəmir-Zərdab-Laçın-Ağcabədi-Beyləqan-Ağdam... yolundan 4-5 rayonun icra başçısı Bakıya evlərinə baş çəkmək üçün gedərkən necə istifadə edirlər, onlar bu yollara ayrılan vəsaitlərin taleyini necə “həll edirlər”???
-Prezidentin Ehtiyat Fondundan Ağcabədiyə ayrılan vəsat hara qeyb olur?
-Yol kənarlarında ölən sürücü və sərnişinlərin məzarlığının nişanələri kimin boynuna yazılmalıdır?
-“Azəravtoyol” ASC-nin 38, 39, 40 saylı yol istismar idarələrinin rəisləri xidmət etdikləri yolların indiki vəziyyətinə görə xəcalət çəkirlərmi???
(Davamı var)

Ağcabədidən o dünyaya aparan yollar... - ŞİKAYƏT
Ağcabədidən o dünyaya aparan yollar... - ŞİKAYƏT
Ağcabədidən o dünyaya aparan yollar... - ŞİKAYƏT
Ağcabədidən o dünyaya aparan yollar... - ŞİKAYƏT