backend

Xəbərdarlıq!!! Pensiya məsələsi... - Ölkədə kütləvi narazılıq

Xəbərdarlıq!!! Pensiya məsələsi... - Ölkədə kütləvi narazılıq

Ötən ay Azərbaycanın "Əmək pensiyaları haqqında" Qanununa dəyişikliklər edilib. Əksəriyyətin maraqlarına zidd olan dəyişiklik 2017-ci ilin iyul ayının 1-dən qüvvəyə minəcək

Məsələnin ilginc tərəfi odur ki, insanlar bu dəyişikliklərin onların bundan sonrakı həyatlarına hansı təsir göstərəcəklərini anlamırlar. Məlumat üçün bildirək ki, martın 10-da Milli Məclisdə "Əmək pensiyaları haqqında" Qanuna əlavə və dəyişikliklər layihəsi qəbul edilib. Qanuna əsasən, qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılıb.

Qanunda yazılır ki, pensiya üçün kişilərin hazırki yaş həddi 2017-ci ilin iyul ayının 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların hazırki yaş həddi isə 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılacaq. Dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilmir.

Təbii ki, bu, dəyişikliklərin cəmiyyətə təqdim olunan və ilk baxışda qəbul edilən tərəfidir. Əslində isə daha ciddi məqamlar başqadır. İllər boyu insanların öyrəşdiyi staj məsələsi bundan sonra nəzərə alınmayacaq.

Yeni dəyişikliklərə əsasən, pensiyada olmaq yaşı orta hesabla 12 il nəzərdə tutulur və minimum pensiya məbləği 110 manat olduğundan tələb edilən minimum yığım məbləği aşağıdakı kimi hesablanır:

12 il X 12 ay X 110 manat = 144 X 110 manat - 15 840 manat.

Deməli, əmək pensiyasının alınması üçün 15 840 manat yığım tələb olunur. Əgər vətəndaşın pensiya yaşı tamam olubsa və onun hesabında 15 840 manat yoxdursa, o zaman dəyişikliyə əsasən, həmin məbləği 2 halda artırmaq mümkündür. Həmin şəxsin yığım hesabı açıq qalır və bu zaman həmin şəxs işləməkdə davam edib hesabına əlavə vəsait ödəyə bilər. Vətəndaş qalan fərqi birbaşa nağd şəkildə hesabında yerləşdirə bilər. Məsələn, pensiya yaşı tamam olan şəxsin hesabında 10 000 manat var və 5840 manat kəsir yaranıb. Bu zaman həmin şəxs özü və ya övladı və hətta işlədiyi təşkilat belə həmin pulu ödəyərsə, o, əmək pensiyası almaq hüququ qazana bilir.

Dəyişiklik bu halda istisnalar da nəzərdə tutur. Əgər vətəndaş 25 il və daha çox əmək fəaliyyəti ilə məşğul olub həmin müddətdə hər ay sosial ödəniş edibsə, o zaman hesabında hansı məbləğin olmasından asılı olmayaraq minimum məbləğdə əmək pensiyası ala bilir. Məsələn, pensiya yaşı tamam olan vətəndaşımızın yığım hesabında 7 min manat vəsait var, amma 25 il iş təcrübəsinə malikdirsə, o zaman da pensiya almaq hüququna malik olur.

Yeni dəyişikliklərə əsasən, 12 illik minimum iş təcrübəsi ləğv edilib. Bu baxımdan, əgər minimum məbləğ hətta 5 il ərzində yığılsa belə həmin şəxs əmək pensiyası almaq hüququna malikdir. Bu hal yeni dəyişikliklərə daxil edilməyib və gözlənilir ki, növbəti dəyişikliklərdə bu nəzərə alınacaq. Bu isə o deməkdir ki, mövcud qaydalar pensiya yaşı tamam olmadan pensiya almaq hüququ vermir. Yəni, vətəndaş hətta minimum yığım məbləğini daha tez toplasa belə pensiya yaşı tamam olandan sonra ondan istifadəedəbilər.

Mövcud dəyişikliklərə əsasən, sözügedən müddətdə hesabda əks olunmayan vəsait 10 faiz hesabın idarə edilməsi və s. xərclər üçün çıxılmaqla digər bütün qalan hissəsi yığım hesabına əlavə ediləcək. Yığım hesabında vəsaitin əmək, yoxsa xidməti müqavilə ilə toplanmasının heç bir fərqi yoxdur. Minimum məbləğ yığan şəxs pensiya hüququ əldə edəcək.

Son bir neçə ay ərzində bu istiqamətdə bir sıra təbliğat və maarifləndirmə işi aparılsa da, həm pensiya yaşı çatan, həm də bu yaş həddinə çatmağa az qalan insanlarda suallar yaranır. Bu suallara cavab verilməsi üçün İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altayla söhbətləşdik.

İ.Altay hesab edir ki, əmək pensiyaları məsələsi bütün ölkələrdə xüsusi diqqət çəkir. Onun fikrincə, bu təminat əhalinin zəhmət çəkib yaşlı vaxtında layiqli istirahətə getmiş kövrək təbəqəsini əhatə edir. Bu səbəbdən də bu sahə ilə məşğul olan dövlət orqanlarının ədalətsizlik ya səhlənkarlığı geniş ictimai narazılıq yarada bilir:

"Yaşlı pensiyaçılara olan dövlət və ictimai münasibət müxtəlif sahələrdə çalışan və gələcək pensiya dövrünü gözaltına alan işçilər üçün dəstimulvericidir. Ölkədəki istehsalın, fəaliyyətin, məhsuldarlığın keyfiyyətinə təsir edən güclü amildir. Ümumiyyətlə, sabit ölkələrdə pensiya məsələsi, bu barədəki tənzim normaları, artıq qərarlaşdırılıb, oturuşdurulub və çox nadir halda qanunlarda dəyişikliklər olur. Ancaq yeni müstəqillik və inkişaf götürən ölkələrdə bu məsələ üzrə qanunlarda tez-tez dəyişikliklər ola bilir. Azərbaycanda da pensiya qanunvericiliyindənövbəti dəyişikliklər edilib. Milli Məclisin plenar iclasında əmək pensiyaları üzrə qanun dəyişiklikləri səsə qoyularaq qəbul olunub. Təbii ki, inkişafda olan ölkədə, xüsusilə sosial sahədəki hər bir qanun dəyişikliyi əhalinin güzəranının yaxşılaşmasını nəzərdə tutmalıdır. Bu sahə üzrə aidiyyətli deputat Hadi Rəcəbli də deyir ki, dəyişiklik pensiya məbləğinin artımına səbəb olacaq. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev isə bildirir ki, pensiya sisteminin dayanıqlığı, sığorta prinsiplərinin qorunması, demoqrafik dəyişikliklər bu sahədə islahatları zəruri edir”.

Hüquqşünasın fikrincə, bu dəyişikliklərlə bağlı bəzi problemlərin də ola biləcəyi indidən müşahidə edilir. Onun sözlərinə görə, sosial sahələr üzrə qanunlar sıravi əhalinin çox hissəsisni əhatə etdiyi üçün mümkün qədər sadə oxunaqlı olmalıdır. Heç olmasa, hüquqşünas olmayan ziyalı təbəqə səviyyəsində: "Burada isə həddən çox qarışıqlıqdır. Əsas da pensiyaların baza və sığorta hissəsinin indeksləşdirilməsi, məcburi sosial sığorta, pensiya yaş həddi vəs. hissəsində. Bu həm pensiya alanın öz halal haqqını anlamasında çətinlik, həm dəsosial sahəüzrəbəzi məmurların bundan sui-istifadəedərək manipulyasiyasına imkan yarada bilir”.

İ.Altay qeyd edib ki, dövlət qulluqçularının pensiya yaşı həddinin 5 il qaldırılması müsbət görsənməyən haldır. Xüsusən də prokurorluq işçilərinin yaş həddinin birdən-birə 10 il - 25-dən 35-ə qaldırılması da ölkədə qanunçuluga nəzarət funksiyasının əsas daşıyıcısı olan orqan işçiləri üçün stimullaşdırıcı hal sayıla bilməz:

"Burada əsas narahatlıq döguran dəyişikliklərdən biri də pensiyaların yaşa görə yox, əmək haqqına görə daha çox hesablanması siyasətinə yönəlməsidir. Elə bir nəticə yaranır ki, vətəndaş heç olmasa, ölkə üzrə orta səviyyəli normal pensiya almaq üçün onun fonduna konkret yüksək məbləg toplanmalıdır. İlkin hesablanmaya görə16 min manat. Əvvəla, bu məbləği indiki durumda fonda toplamaq əksər insanlar üçün çətindir. Ona görə ki, maaşlar azdır və onlardan da Pensiya Fondu üçün ayırma kifayətedici görsənmir.

İkincisi, bilirik ki, indiki Azərbaycan reallığında "kölgə” maaşları və maaşdan əlavə gəlirlərlə dolanma faktiki norma halını alıb. Adam var ki, ali təhsillidir, 200 manat büdcədən leqal alırsa, 300 manat da paket vəya əlavə gəlir kimi kənardan qazanır. Bunu müdir də, işçilər də, camaat da - hamı bilir. Və bu adam buna arxayın olub, öz əsl maaşının qaldırılmasında, daha çox "oklad”la işləməsində maraqlı olmayıb arxayınlaşır. İnana bilmir ki, bir zaman qanun çıxacaq, yaşa və iş stajına görə yox, sırf aldığı leqal maaşa uygun pensiya alacaq, ya da bu halda mümkündür ki, almayacaq”.

İ.Altay sonda qeyd edib ki, birdən-birə Azərbaycan reallığını kənara qoyub, Avropa standartında pensiya təzminatı qanunu çıxartmaq nəyə hesablanır? Əhaliyə Avropa standartında tələb qoymaq üçün Avropa standartında da şərait yaratmaq lazımdır. "Oturub, səs verib, yeni qanun çıxartmaq asandır, bu qanunun icrasının yönəldiyi şəxslərə hansı müsbət ya mənfi hallar yaranacağı və hansı sosial problemlərin baş verəcəyini düşünmək lazımdır. Mən düşünürəm ki, pensiyalar haqqında qanun ölkəninən vacib tənzimedici normalarından olmaqla və əhalinin ən həssas təbəqəsini əhatə etməklə ciddi, düşünülmüş və ehtiyatla yanaşma tələb edir”,- deyə İ.Altay fikrini tamamlayıb. (mia.az)