backend

Sudan ərəblərindən Azərbaycana qardaşlıq jesti, ermənilərə göz dağı

Sudan ərəblərindən Azərbaycana qardaşlıq jesti, ermənilərə göz dağı

Sudan Respublikasının parlamenti 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş qanlı hadisələri soyqırımı aktı kimi tanıyıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin şöbə müdiri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Sudan parlamenti BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin müddəaları ilə razı olduğunu bildirib, Ermənistanın Azərbaycana hərbi təcavüzünü qəti şəkildə pisləyib. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Sudanın qanunverici orqanı Xocalı sakinlərinə hüquqi və mənəvi təzminat ödənilməsini də tələb edib.