backend

Gəncədə 500 müəllim işdən qovulmaqla hədələnir

Gəncədə 500 müəllim işdən qovulmaqla hədələnir







Gəncədən daxil olan məlumatlarda bildirilir ki, şəhər Təhsil idarəsinin rəisi Zakir Hüseynov orta məktəb direktorlarına haqq qoyub. Belə ki, Zakir Hüseynov direktorları yanına çağıraraq hər ay ona 1000-2000 manat arasında rüşvət verməyi tələb edir. Təhsil İdarəsinin rəisinin qanunsuz tələbinə etiraz edən direktorlara – "Bu qərar icra başçısı Elmar Vəliyevin qərarıdır kim icra etməsə cəzalandırılacaq” – cavabı verilir

Məsələ ilə bağlı araşdırma apardıq. Məlum olub ki, Gəncə şəhər Təhsil idarəsinin rəisi əvvələrdə orta məktəb direktorlardan müxtəlif məbləğlərdə rüşvət yığırmış. Son aylarda isə Zakir Hüseynov qanunsuz qərarında dəyişikliklər edib. Dəyişikliklərə görə, müəllim və şagird sayına uyğun olaraq məktəb direktorları rüşvətin miqdarını qaldırmalıdırlar. Bu qərarın Gəncə şəhər icra başçısı tərəfindən verildiyini iddia edən Zakir Hüseynovun direktorları işdən çıxarmaqla həddələməsi araşdırmalarımız nəticəsində bəli oldu. Aldığımız digər məlumatda bildirilir ki, Gəncə şəhər Təhsil idarəsinin rəisi ilə bəzi direktorlar arasında qarşı durmalar yaranıb.

Azerinfo.az-a daxil olan məlumatda bildirilir ki,Gəncə Təhsil Şöbəsinin daha bir qeyri-adi müəmması isə şəhərdə fəaliyyət göstərən 45 ümummtəhsil məktəblərinin direktorlarının 80% -nin Təhsil Nazirliyi tərəfindən təsdiq edilməyərək 1 illik müqavilə əsasında işlədilməsidir.

Lakin son günlərin başlıca problemi vəı qalmaqalı Zakir Hüseynovun 500 müəllimi işdən qovması ilə hədələməsidir. Məsələ ondadır ki, Gəncə şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilən zaman ən aşağı göstəricilər qeydə alınıb. 3500 müəllimdən 500 nəfəri sıfır bal toplayıb. Bu biabırçı göstərici üzrə ölkənin ikinci şəhəri olan Gəncə respublikada liderdir. Nəticələr bəlli olduqdan sonra Zakir Hüseynov nazir Mikayıl Cabbarov tərəfindən töhmətlə “mükafatlandırılıb.”

İndi isə təhsil şöbəsi müdirinin əlinə şans düşüb. İşdən azad etmə bəhanəsi ilə 500 nəfərdən nəsə tələb ediləcək, yaxud çıxarılanların yerinə sərfəli qiymətlərlə namizədlər tapılacaq.

Halbuki qanunlarımız buna yol vermir. İndiki halda müllimlər arasında dövlətə qarşı narazılıq yaratmaq, Nefçaladakı müəllimlər etirazının Gəncədə təkrarlanmaq ehtimalını yaratmaq iqtidara meydan oxumaqdır. Məsələni gündəmdə saxlayacağıq.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.