TƏKZİB

279

Saytımızın 27-01-2017-ci il sayında dərc olunmuş "Zaqatala meşələri qan ağlayır: CƏNAB NAZİR, bizi bu cəlladların əlindən xilas edin!" sərlövhəli yazıda "Yerli əhali isə nadir və qiymətli ağac növlərinin məhv edilməsində Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mübariz Əhmədzadəni və rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsinin direktoru Vaqif Şabanovu günahkar bilirlər. Ona görə ki, Zaqatalada hamı bilir ki, Vaqif Şabanovu bu vəzifəyə kim gətizdirib. Meşə təsərrüfatından heç bir məlumatı olmayan Vaqif Şabanovun bu vəzifəyə gəlməyinin maraqlı tarixçəsi var. Belə ki, keçən ilin əvvəllərində möhtərəm başçı Vaqif Şabanovu 50(əlli) min manat müqabilində rayon torpaq komitəsinə müdür təyin etdirib. Lakin, Vaqif müəllimin bəxti gətirməyib. Heç 2 ay çəkməyib ki, komitə ləğv olunub. Vaqif müəllim də qalıb “havada”. Başçı ilə çox çək- çevirdən sonra necə deyərlər çətinliklə olsa da üzü gülüb və İqbal Əliyevin onsuzda viran qoyduğu meşə təsərrüfatı kimi mühüm vəzifəyə təyin oluna bilib. Meşə təsərrüfatından anlayışı belə olmayan Vaqif Şabanov da elə bilib ki, “odun bazarına bazarkom” seçilib. “Hücüm çəkib” Zaqatala meşələrinə..." abzasında "Belə ki, keçən ilin əvvəllərində möhtərəm başçı Vaqif Şabanovu 50(əlli) min manat müqabilində rayon torpaq komitəsinə müdür təyin etdirib." iddiasının səhv oldugunu qeyd etməklə bildiririk ki, həqiqətən də V.Şabanovun əlli min manatı icra başcisina verdiyinin şahidi deyilik. Bu yanlış faktları bizə verən mənbə barədə növbəti yazılarımızda geniş məlumat verəcəyik.

Onu da nəzərinizə catdırırıq ki, biz yazı capa getməmişdən əvvəl dəfələrlə Zakatala rayon İH ilə və şəxsən Vaqif Şabanovla telefon əlaqəsi yaradıb faktlara aydınlıq gətirməyə calışmışıq. Lakin zənglərimizə cavab verən olmayıb. Buna baxmayaraq redaksiyamız yanlışlıga görə Zakatala rayon İcra Hakimiyyəti başcısı cənab Mübariz Əhmədzadəyə üzrxahlıq edərək, "Zaqatala meşələri qan ağlayır: CƏNAB NAZİR, bizi bu cəlladların əlindən xilas edin!" sərlövhəli yazının birinci abzastında verilmiş "Belə ki, keçən ilin əvvəllərində möhtərəm başçı Vaqif Şabanovu 50(əlli) min manat müqabilində rayon torpaq komitəsinə müdür təyin etdirib." cümləsini təkzib edib. Göstərilən faktda adı kecən Vaqif Şabanova da yanılışlıga görə üzürxahlıq etməklə BİR DAHA BİLDİRİRİK Kİ, YAZILARDA ADI HALLANAN HƏR KƏSİ DİNLƏMƏYƏ VƏ MÖVQEYİNİ OLDUGU KİMİ DƏRC ETMƏYƏ HAZIRIQ!

Azerinfo.az