backend

Təkzib

Təkzib










Saytımızın kecən sayında "Zaqatala meşələri qan ağlayır: CƏNAB NAZİR, bizi bu cəlladların əlindən xilas edin!" sərlövhəli yazı dərc olunduqdan sonra redaksiyamıza Zakatala rayon İH-dən Hizami müəllim zənk acaraq yazıda adı hallanan icra başcısı M.Əhmədzadənin barəsində yazdıgımız faktlara münasibət bildirərək, "Belə ki, keçən ilin əvvəllərində möhtərəm başçı Vaqif Şabanovu 50(əlli) min manat müqabilində rayon torpaq komitəsinə müdür təyin etdirib." iddiasının səhv oldugunu deyərək narazılıq etdi. Düzdü, həqiqətən də V.Şabanovun əlli min manatı icra başcisina verdiyinin şahidi deyilik, ancaq bu məlumatı bizə verən şəxsin dediklərinə şahid olan şahidlərimiz var.

Onu da nəzərinizə catdırırıq ki, biz yazı capa getməmişdən əvvəl dəfələrlə Zakatala rayon İH ilə və şəxsən Vaqif Şabanovla telefon əlaqəsi yaradıb faktlara aydınlıq gətirməyə calışmışıq. Lakin zənglərimizə cavab verən olmayıb. Buna baxmayaraq redaksiyamız yanlışlıga görə Zakatala rayon İcra Hakimiyyəti başcısı cənab Mübariz Əhmədzadəyə üzrxahlıq edir, "Zaqatala meşələri qan ağlayır: CƏNAB NAZİR, bizi bu cəlladların əlindən xilas edin!" sərlövhəli yazının birinci abzastında verilmiş "Belə ki, keçən ilin əvvəllərində möhtərəm başçı Vaqif Şabanovu 50(əlli) min manat müqabilində rayon torpaq komitəsinə müdür təyin etdirib." cümləsini təkzib edir.
BİR DAHA BİLDİRİRİK Kİ, YAZILARDA ADI HALLANAN HƏR KƏSİ DİNLƏMƏYƏ VƏ MÖVQEYİNİ OLDUGU KİMİ DƏRC ETMƏYƏ HAZIRIQ!

Azerinfo.az