backend

Sosial Müdafiə Nazirliyinin işçisi 63 yaşlı kişiyə söyüş dolu SMS göndərdi - Foto

Sosial Müdafiə Nazirliyinin işçisi 63 yaşlı kişiyə söyüş dolu SMS göndərdi - Foto

















Binəqədi rayonu, Ə. Naxçıvani küçəsi 9, mənzil 60 yaşayan 63 yaşlı Əsədov Ramiz Yunis oğlu Sosial Müdafiə Nazirliyinin əməkdaşı tərəfindən küçə söyüşləri ilə təhqir olunub

Bu barədə Ramiz Əsədovun sosial müdafiə naziri Səlim Müslümova ünvanladığı məktubda qeyd edilib.

"Prezident İlham Əliyev dəfələrlə məmur özbaşınalığından bəhs edib və onların vəzifəsinin xalqa xidmət olduğunu qeyd edib... 63 yaşım var, dünyanın gəliş-gedişini başa düşürəm. Xalqa xidmət etmək üçün ilk növbədə insanda mənəvi keyfiyyət olmalıdır. Mən sizə Xəzər rayon Sosial Müdafiə Şöbəsinin əməkdaşı Cabbarov Aydın Nürəddin oğlunun telefonuma göndərdiyi ismarışın mətnini təqdim edirəm. "Nədi ə, g... zəng eləmisən cavab ver”. Aydın Cabbarovun 63 yaşında kişiyə göndərdiyi ismarış onun tərbiyəsinin göstəricisidir. Göstərilənləri nəzərə alaraq Aydın Cabbarovun dövlət qulluğuna yararlılığına qiymət verməyinizi xahiş edirəm”, - deyə Ramiz Əsədov qeyd edib. (baku.ws)

Sosial Müdafiə Nazirliyinin işçisi 63 yaşlı kişiyə söyüş dolu SMS göndərdi - Foto