backend

Prezidentlər görüşəcək - YENİLƏNİB

Prezidentlər görüşəcək - YENİLƏNİB






















Səfir prezidentlərin görüş tarixini açıqladı.


Bu ilin noyabr ayında Fransa prezidenti Fransua Ollandın Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşü gözlənilir.

Qaynarxətt.info APA-ya istinadən xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib. Onun sözlərinə görə, üçtərəfli görüşün Parisdə baş tutması planlaşdırılır.

Səfir qeyd edib ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və sülh prosesində mövcud problemlər müzakirə olunacaq: “Hesab edirəm ki, sülhün qorunub saxlanılması üçün bu görüşün əhəmiyyəti böyükdür. Fransa ilə Azərbaycan arasında ölkələr, dinlər və mədəniyyətlərarası dialoqu artıq qurmuşuq. Gələcəkdə bu dialoqu yüksəltməyə çalışmaq lazımdır. Hazırda Fransa ilə Azərbaycan arasındakı münasibətlərin səviyyəsini yüksək qiymətləndirirəm”.



Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü Parisdə keçiriləcək.

Qaynarxətt.info ANS PRESS-ə istinadən xəbər verir ki, Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə görüşün oktyabrın 10-da keçirilməsi nəzərdə tutulur.

Bu barədə fransalı deputat Rene Ruke məlumat verib.

Xatırladaq ki, avqustun 10-da Soçidə prezidentlərin görüşündən sonra ABŞ dövlət katibi NATO sammiti çərçivəsində İlham Əliyevlə Serj Sarkisyanı bir araya gətirmişdi.