backend

ÜAK əldən getdi, hökumət yeni təşkilat qurmağa hazırlaşır - Gəlişmə

ÜAK əldən getdi, hökumət yeni təşkilat qurmağa hazırlaşır - Gəlişmə

















Hakimiyyət Ümumrusiya Azərbaycanlılar Konqresinin məsələsini qəlizləşdirmək istəmir

Hakim partiya deputatlarının çıxışları da bunu deməyə əsas verir.

ÜAK-la bağlı Rusiya məhkəməsinin qərarı bəllidir. Apelyasiya məhkəməsi də Rusiya ali məhkəməsinin qərarını təsdiq edəcək. Sanki bu olaya görə, məsələni qəlizləşdirmək istəmirlər. İlkin olaraq, Azərbaycan hakimiyyəti kəskin reaksiya verdi.

Amma indi hiss olunur ki, müəyyən sakitliklə hərəkət edirlər. ÜAK-ı bərpa etmək mümkün deyil. Ola bilər ki, Rusiyada başqa təşkilat formalaşdıraq, amma bu dəfə keyfiyyətcə daha fərqli təşkilat olacağı gözlənilir.

Ona görə, yeni təşkilat yaradılacaqsa, daha effektiv fəaliyyət göstərməli, sənədləri də qaydasında olmalıdır ki, Rusiya hər hansı maddəyə ilişə bilməsin.

Ulus.Az-ın Analitik Mərkəzi xəbər verir ki, Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsinin gerçək səbəbləri sirr olaraq qalır.

Kremlin Azərbaycanın ən güclü diaspor təşkilatının qeydiyyatını ləğv etməsinin pərdəarxası məqamları açıqlanmasa da, deputatlar, siyasətçilər bu məsələ ilə bağlı öz fikirlərini səsləndiriblər.

Konqresin ləğvinin əsl səbəbləri mətbuatda gedən məlumatlarda aydın görünmür. Əgər rəsmi olaraq deyilən səbəblər - nizamnamədə boşluqlar, sənədlərdə problemlər var idisə, onları düzəltmək olardı.

Deməli, bunun arxasında ciddi siyasi motiv dayanır. Ancaq bu siyasi amillərin nədən ibarət olduğu bilinmir.

ÜAK-ın ləğvinin Kremlin gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırladığı siyasi ssenarinin tərkib hissəsi kimi dəyərləndirilməsinin doğru olduğunu söyləmək olmaz.

Yəni, problemi dövlətlərarası münasibətlərdə yox, Rusiya ilə bu təşkilat arasında axtarmaq lazımdır. Belə görünür ki, Rusiya bu təşkilatdan qisas alır.