backend

Korrupsioner KTN məmurlarından üzümçülüyə milyonlarla zərbə

Korrupsioner KTN məmurlarından üzümçülüyə milyonlarla zərbə

















Üzümçülüyün inkişafı istiqamətində Azərbaycanın böyük potensialı olduğu halda, məmurlar bütün imkanları əldən verib

Ulus.Az-ın İqtisadiyyat Şöbəsinin verdiyi məlumata görə, ölkə 1994-cü ildə 14, 6 milyon dollar dəyərində 4,9 milyon dekalitr üzüm şərabı ixrac etdiyi halda, 20 il keçdikdən sonra bu göstərici 75 dəfə azalaraq 194 min dekalitrə qədər enib.

Ölkəyə bu sahədən gələn gəlir isə 4 dəfə azalıb. Bu zaman ərzində şərab idxalı isə 3 dəfədən çox artıb.

Belə ki, 1994-cü ildə ölkəyə 350 min dollar dəyərində şərab idxal olunduğu halda, 2015-ci ildə idxal olunan şərabın dəyəri 1 milyon 140 min dollar təşkil edib.
Gürcüstan hökuməti isə uzun müddət üzümçülüyün inkişafı istiqamətində apardığı siyasət öz bəhrəsini verir.

Belə ki, bir müddət ciddi istehsal və bazar problemləri ilə qarşılaşan şərab istehsalçıların problemlərini həll etmək üçün hökumət əsaslı işlər görüb.

Ulus.Az xəbər verir ki, Gürcüstana qərb investorlarını, mütəxəssisləri cəlb etməklə, ölkədə muasir texnologiyanın tətbiqinə və daha keyfiyyətli məhsul istehsalına nail olublar.

Mütəxəssislərin, investorların köməyi ilə həm də yeni bazarlara çıxış imkanı əldə etdilər. Gürcüstan hökumətinin verdiyi məlumata görə, bu ilin yanvar-may ayları ərzində ölkə 100,8 milyon dollar dəyərində şərab, brendi və çaça ixrac edib.

Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 64 faiz çox olub. Son zamanlar ənənəvi Rusiya, Qazaxıstan, Ukraynaya, Belarus, Latviya kimi ölkələrin bazarları ilə yanaşı, gürcülər Çin, Polşa, İsrail, Almaniya, ABŞ kimi ölkələrin də bazarlarına çıxış imkanı əldə etmişlər.

Bu siyahıda Azaərbaycanın da adı var. Keçən ilin yanvar-may ayları ilə müqayisədə bu il Gürcüstandan Azərbaycana ixrac olunan spirtli içkilərin miqdarı 2 dəfə artıb.

Azərbaycanın tanınmış yerli üzüm növləri sürətlə sıradan çıxır. Bu, əsasən Azərbaycanda üzümçülüyün genişləndirilməsi üçün ölkəyə xarici üzüm növlərinin gətirilməsi səbəbindən baş verir.

Bundan başqa, elmi müəssisənin mütəxəssisləri qeyd edirlər ki, ölkədə ənənəvi üzümçülüyün inkişafına zərərvericilər də əngəl törədir.

Üzümçülükdə ən böyük təhlükə sayılan filloksera xəstəliyidir ki, öz kökü üzərində yetişən üzüm tinglərini məhv edir.