backend

"Bank-maliyyə sektorunun çöküşünə səbəb olan vəzifəli şəxslər həbs olunmalıdır" - Tələb

"Bank-maliyyə sektorunun çöküşünə səbəb olan vəzifəli şəxslər həbs olunmalıdır" - Tələb

















Xəbər verdiyimiz kimi, Beynəlxalq investor xidməti Moody's Azərbaycanın dörd bankının reytinqini aşağı salıb və göstəricilərinin pisləşdiyi barədə xəbərdarlıq edib

Bunlar bank-maliyyə sistemində aparıcı mövqelər tutan "Xalq Bank”, "Bank Respublika”, "Bank of Baku” və "Bank VTB Azərbaycan”dır. Agentlik hər dörd bankın yerli və xarici valyuta üzrə uzunmüddətli depozit reytinqi perspektivlərinin neqativ olduğunu bildirir. Agentlik qeyd edir ki, bank sektorunda uzun müddətdir hökm sürən əlverişsiz şərait və milli valyutanın devalvasiyasının neqativ təsirləri, o cümlədən aktivlərin keyfiyyətinin xeyli pisləşməsi, qaytarılmayan kreditlərə görə yaranan ziyan və digər amillər bu bankların göstəricilərini pisləşdirib. Moody's hesab edir ki, Azərbaycan banklarına təzyiqlər bundan sonra da qalmaqda davam edəcək. Bu, kreditləşmə perspektivləri və ziyan, rezervlərə düşən böyük yük və əlavə rekapitalizasiyanı tələb edən sərt nizamlama, dollarlaşma səviyyəsinin yüksək olaraq qalması ilə bağlıdır.

Məsələylə bağlı fikirlərini Mia.az-la bölüşən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, bu gün Azərbaycanın bank sektorundakı vəziyyət son illər yürüdülən maliyyə-bank siyasətinin nəticəsidir. Onun sözlərinə görə, ölkənin bank-maliyyə sisteminin belə bir ağır vəziyyətə düşməsində kimlərsə maraqlı olub:

«Bu şəbəkənin bir hissəsi həbsdədir, amma əsas simaların bəziləri hələ də çöldə gəzir. Beynəlxalq maliyyə qurumlarının Azərbaycanın bank sektorunun perspektivi ilə bağlı verdikləri proqnozlar da həqiqəti əks etdirir. Bu sahəyə rəhbərlik edən vəzifəli şəxslər vəziyyəti o qədər bərbad hala salıblar ki, onu qısa müddətdə həll etmək mümkün deyil. Maliyyə Bazarlarına Nəzarət Palatası yaratdılar, bir cavan adamı da ora rəhbər təyin elədilər. Bir sıra səlahiyyətləri alıb Rüfət Aslanlıya verdilər, onun da bildikləri budur. Son dövrlər həyata keçirilən tədbirlər hamını narazı salıb».

Partiya sədri onu da nəzərə çatdırıb ki, maliyyə-bank sektorunda baş verənlərin əsas səbəbi cinayətkarların cəzasız qalmasıdır.

«Hesab edirəm ki, bu vəziyyətə görə cavabdeh şəxslərin hamısı cavab verməlidir. Amma əksinə səlahiyyətləri Rüfət Aslanlı kimi təcrübəsiz adama həvalə edirlər. O da eksperment edir, bu ekspermentlər də camaatın başında çatlayır. Bu adamlar anlamırlar ki, maliyyə-bank sektorunu çökdürmək ölkə iqtisadiyyatının bel sütununu qırmaq deməkdir. Milli maraqlarımıza qənim kəsilənlərin vəzifə başında olması tendensiyası davam edəcəyi təqdirdə bu böhran daha da dərinləşəcək. Ona görə də hesab edirəm ki, bank-maliyyə sektorunun çöküşünə səbəb olan vəzifəli şəxslər həbs olunmalıdır. Bu sərt addımlar atılmayınca hansısa nəticə əldə etmək mümkün deyil», - deyə H.Hacıyev fikrini tamamlayıb.