backend

Şeytanın simvolu və gözlənilən yeni “11 sentyabr” - Pentaqon binasının SİRLƏRİ

Şeytanın simvolu və gözlənilən yeni “11 sentyabr” - Pentaqon binasının SİRLƏRİ

















Dünyada Pentaqonun binası qədər müəmmalı tikili tapmaq bəlkə də mümkün deyil. ABŞ Müdafiə Nazirliyinin binasında ölkənin bütün hərbi strukturu yerləşir. Çoxları hesab edir ki, bu, ağılsız addımdır. Çünki istənilən ağır zərbə bütün hərbi rəhbərliyin məhv olması riskini yaradır. Misal üçün, bu gün “Coca-cola” rəhbərliyi belə riski gözə alaraq eyni təyyarədə uçmaqdan imtina edirlər. Lakin ABŞ kimi supergüc ölkədə ya bunu nəzərə almayıblar, ya da bu onları narahat etmir.

Publika.az Pentaqonun müəmmalı binasının sirlərini təqdim edir:

1940-cı ildə ABŞ rəhbərliyi qərara alır ki, Müdafiə Nazirliyinin bütün strukturlarını eyni binada yerləşdirmək lazımdır. Təxminən 17 güc strukturu və 26 min əməkdaş Kolumbiyada səpələnmiş şəkildə yerləşmişdi. Qərara görə, bütün güc strukturlarının yerləşəcəyi və 40 minə qədər əməkdaşın işləyə biləcəyi bina tikilməli idi.

Memarlar dərhal hərəkətə keçdilər və binanın inşası üçün ən uyğun yer kimi Vaşinqton ətrafındakı Arlinqton ərazisini seçdilər. Bura həm də ona görə yaxşı idi ki, 5 istiqamətə gedən yollar bu ərazidə kəsişirdi. Bərabərtərəfli beşbucaqlını düz xətlərlə birləşdirəndə ərazidə mükəmməl arxitektura alınırdı. Hansı ki, qədim yunanlar bu formaya “Pentaqon” deyirdilər. ABŞ Müdafiə Nazirliyinin binasının Pentaqon adı alması da buradan qaynaqlanır.

Arxitektura çəkilmişdi, lakin binanın tikilməsi üçün seçilən ərazidə yalnız bir maneə var idi: Arlinqton qəbiristanlığı. Orada Amerika döyüşçülərini dəfn edirdilər. Prezident Ruzvelt həyat yoldaşının xahişi ilə binanın qəbiristanlığın qarşısını kəsməməsi, həmçinin, qəbirlərə zərər gəlməməsi üçün arxitekturada kiçik dəyişiklik etdi.
Pentaqonun binası olduqca nəhəngdir və hesab etmək olar ki, bu binanı gəzmək üçün saatlar, bəlkə də bütöv bir gün lazımdır. Lakin arxitektorlar həndəsəyə əsaslanaraq, inşa işini qızıl bölgü ilə apardılar. Belə ki, binanın mərkəzində 10 dəhliz kəsişir və bu dəhlizlər beş bucağın hamısını birləşdirir. Bununla yanaşı, binada çoxsaylı pentaqramalar mövcuddur. Məhz bu arxitekturanın sayəsində Pentaqonun əməkdaşları maksimum 7 dəqiqəyə binanın istənilən nöqtəsinə gedə bilirlər.
İddialar var ki, Pentaqonun inşası zamanı münəccimlərlə məsləhətləşmələr aparılıb. Binanın təməli 1941-ci ilin 11 sentyabrında atılıb. 1943-cü ilin 15 yanvarında başa çatdırılıb. Fərziyyələrə görə, təməl atılma və inşaatın başa çatdırılması vaxtını münəccimlər müəyyən edib. Burada 11 sentyabr tarixi diqqət çəkir. Pentaqonun tikintisi 11 sentyabr tarixində başlanıb, 2001-ci ildə terrorçular binaya məhz 11 sentyabrda hücum ediblər. Bu hücumdan sonra Pentaqonun bütün ərazisi 2002-ci ildə yenə 11 sentyabr tarixində yenidən istismara verilib. “11 sentyabr” sirrini heç bir çözə bilməyib, lakin konspiroloqlar proqnozlaşdırırlar ki, beşbucaqlını tamamlamaq üçün daha iki “11 sentyabr” baş verməlidir. Yəni üç “11 sentyabr” baş verib, bundan sonra daha ikisi olacaq.
Binanın inşasında numizmatika xüsusi diqqət çəkir: Pentaqon 491 günə tikilib. Əgər Pifaqor metodu üzrə bu rəqəmləri toplasaq (4+9+1) pentaqon fiqurunun bucaqlarının sayı alınır. Eyni metodla bu rəqəmləri bir-birinə vursaq (4x9x1) 36 edir. 1-dən 36-ya qədər bütün tam ədədlərin cəmini saysaq, 666 rəqəmi ortaya çıxır. Bu, şeytanın simvoludur. Konspiroloqlar iddia edirlər ki, bu sayı əldə etmək üçün inşaatçılar gecə-gündüz işləyərək, binanı lazımı vaxtda çatdırdılar. Lakin hələ də heç kim Pentaqon müəmmasını tamamilə çözə bilməyib.