backend

TƏHTID: Baş redaktor 1-ci Vitse Prezident Mehriban xanım Əliyevaya müraciət etdi

TƏHTID: Baş redaktor 1-ci Vitse Prezident Mehriban xanım Əliyevaya müraciət etdi

Baş Redaktor təhdid olunur

Ötən saylarımızda Masallı rayon İcra Hakimiyyətinin başçısının müavini Nəsir Muxtarlının barəsində geniş ,araşdırma yazı dərc etmişdik.Bundan bərk qəzəblənən Nəsir müəllim XəbərAl.az saytinin baş redaktoru Mirismayıl Xələfliyə zəng edərək brinci onun haqqında yazılan yazıların təcili silinməsini tələb edib. Baş redaktor ona bildirəndə ki, mövqeyinizi bildirin , dərc edək,Nəsir Muxtarlı qətiyyətlə bildirib ki, heç bir mövqe bildirmirəm. Sizə yazini göndərən mənbə bilirəm kimdi. Vaxti ilə onu məhkəmələrdə süründürmüşəm, biləndə ki, bu adam psixoloji xəstədi öz ərizəmi məhkəmədən geri götürmüşəm. Cabbarov Asəf Asif oğlu sizə məlumatı göndərib, onlar ailəlikcə dəlidir, bu adamın bacısı da vaxti ilə dəlixanada dünyasını dəyişib.
Mirismayıl Xələfli də bildirib ki, adam tək bizə yox Cənab Prezidentimiz İlham Əliyevə, Ramiz Mehdiyevə, Artur Rasizadəyə, Zakir Qaralova , Kəmaləddin Heydərova , Mədət Quliyevə müraciət edib. Göndərilən rəsmi ərizə də redaksiyamizdadır.
Masallı rayon İcra Hakimiyətinin müavini Nəsir Muxtarlı bu yazının qarşılığında ona Masallıya gəlməyi təklif edib, onun bir çox əslən Masallıdan olan jurnalistlərlə işbirliyinin və alış-verişi olduğunu söyləyib. Lakin baş redaktor bu təklifi rədd etdikdə , Nəsir Muxtarlı bərk qəzəblənərək səni xüsusi ittiham qaydası ilə məhkəməyə verəcəyini, şərləyəcəyini, həbs etdirəcəyini söyləyib. Həmçinin Nəsir müəllim baş redaktoru taniması üçün rayonda tanış jurnalistlərdən onun barəsində məlumat topladığını da dedi. Nəsir Muxtarlının əlaltısı , Masalı rayonundan olan jurnalistlər var ki, rayondan mediaya faktlar sızdırır və müəyyən üsullarla ortaq işləyirlər.
Qeyd edək ki, Nəsir Muxtarlını qəzəbləndirən səbəb onun keçmişi və bu gündə kimlərlə əlbir olub işlədiyi mediaya bəlli olub. Belə ki, adı vaxti ilə Fətullah Gülənlə işbirliyində , hal-hazırda müxalifətlə əlbir olub özünü YAP-çı kimi göstərən Masallı rayonunun İcra Hakimiyyətinin müavini Nəsir Muxtarlı indi də jurnalistlərin gözündən yayınmağı , bu kimi faktları gizlətməyə müvəffəq olmağa çalışır.Bir çox Masallı sakinləri həqiqətəndə Nəsir Muxtarlının Fətullah Gülən yoluyla Türkiyədə təhsil almağını təsdiqləyir, Nəsir Muxtarlının atası və qardaşı məhz Elçibəy pərəstişkarı olub, bu gündə Əli Kərimlinin keçirdiyi Dövlət əleyhinə olan bütün mitinqlərində iştirak edir.
Mətbuatda qaydalara görə adətən belə faktlar öz təsdiqini tapıb tapmamağı haqda , mövqe öyrənmək üçün qarşı tərəfi dinləməlidir. Amma görünür Nəsir müəllimin səbrsizliyi , aqressivliyi ilə qarşılaşan baş redakora qarşı çıxan media nümayəndələrinə hörməsizlik əlaməti və hədə-qorxu ilə üzləşən Mirismayıl Xələfli ölkə rəhbərinə cənab Prezident İlham Əliyevə, 1-ci Vitse Prezident Mehriban xanım Əliyevaya müraciət hazırlayıb.
Dahi Lider, Ulu öndər Heydər Əliyev demişdir:”Mənə məlum olmayan məlumatları mənə çatdıran jurnalist əsl jurnalistdir”. Nəsir Muxtarlı isə müstəqil mətbuata öz pulu gücünə hücüm edib , onları susdurmaq üçün hətta güclü hüquqşünas da tapdığını demişdi. Sonda onu qeyd edək ki, kim öz mənafeyi üçün nə işlər görsə də gərək Ölkə Rəhbərimiz cənab İlham Əliyevin bu sözünü unutmaya. “Hər bir məmur xalq üçün , xalqın mənafeyi naminə işləməlidi”


Qaynarxett.az