backend

Bakıda uşaq küçədə gecələyib valideynlərini axtarır - VİDEO

Bakıda uşaq küçədə gecələyib valideynlərini axtarır - VİDEO






















Azyaşlı tapılarkən üzərində heç bir sənəd olmayıb.

Əqli və nitq qüsurlu azyaşlı üç gündür ki, milli parkda gecələyir.

Qaynarxətt.info ANS TV-yə istinadən xəbər verir ki, balacanın ünvanını tapmaq məqsədilə Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşları onu bölməyə gətirib.

İlkin dindirilmə zamanı azyaşlının nitq və əqli qüsurlu olması üzə çıxıb. Elə biz də onunla söhbət zamanı çətinliklə də olsa, adını və soyadını öyrənə bildik. Özünün dediyinə görə, onun adı Vitya, soyadı isə Çurindir. Onun 10 yaşı var. Vityanın sözlərinə görə, o, “Sovetski” kimi tanınan ərazidə yaşayır. Ancaq evdən nə məqsədlə çıxdığını bizə başa sala bilmədi.

Vityanın dediyinə görə, onun anasının adı Tanya, atasının adı isə Kolyadır. Bunların nə dərəcədə düzgün olub-olmamasını elə polis əməkdaşları ilə aydınlıq gətirməyə çalışdıq. Qurumdan bildirdilər ki, azyaşlı tapılarkən üzərində heç bir sənəd və mobil telefon olmadığından onun ata və anası ilə əlaqə saxlamaq mümkün deyil.

İndi polis əməkdaşları Vitya Çurinin valideynlərinə müraciət edərək bildirir ki, onlar övladlarını 39-cu polis bölməsinə gələrək təhvil ala bilərlər. Bundan əlavə Vityanı görüb tanıyanlardan 012 498-02-02 şəhər telefonu ilə əlaqə saxlamaları xahiş olunur.