backend

Azərbaycanda səs salan davaya görə tutulan şəxs azadlığa çıxdı

Azərbaycanda səs salan davaya görə tutulan şəxs azadlığa çıxdı





















Onların barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Bir neçə gün öncə “Oazis” restoranında baş vermiş kütləvi qanlı dava ilə bağlı həbs olunan Abdullayev Ravid Yusif oğlu azadlığa buraxılıb.

Qaynarxətt.info Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun dostu, baş vermiş davanın iştirakçılarından olan Vasif Şəfiyev şəxsi facebook səhifəsində məlumat yayıb.

Qeyd edək ki, həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində olaya görə, Abdullayev Ravid Yusif oğlu, restoranda mühafizəçi işləyən Məmmədov Camal Mahir oğlu və ofisiant Adıgözəlov Kənan Mehman oğlu cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdular.

Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.