backend

Paytaxtda kütləvi dava

Paytaxtda kütləvi dava




















Faktla bağlı araşdırma aparılır.

Bakının Suraxanı rayonunda kütləvi dava baş verib.

Qaynarxətt.info-un APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Hövsan qəsəbəsinin İlqar Əhlimanov küçəsində baş verib. Təxminən 10 nəfərin iştirak etdiyi davada soyuq silahdan da istifadə edilib, 2 nəfər yaralanıb. Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

Xəstəxanadan verilən məlumata görə, kütləvi davadan sonra xəstəxanaya iki nəfər gətirilib. Bunlar kürəyindən bıçaq xəsarəti alan 1993-cü il təvəllüdlü Hüseynli Nicat Hüseyn oğlu və ayağından bıçaqlanan 1994-cü il təvəllüdlü Xasıyev Süleyman Füzuli oğludur.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsində araşdırma aparılır.