backend

TƏCİLİ: Ermənistanın altında partlayacaq iki raket

TƏCİLİ: Ermənistanın altında partlayacaq iki raket

Rusiya Ermənistanı sərt cəzalandıra bilər

Ermənistanın iki təhlükəsizlik sistemi arasında manevr etməsi, indi bütünlüklə Rusiyaya düşmən olan Avropa Birliyi ilə oynaması iki stulda oturmaq cəhdini xatırladır.

İstiPress-in məlumatına görə, bu barədə Rusiyanın “Rosbalt” portalında dərc edilmiş “NATO Ermənistanı tovlayır” adlı məqalədə qeyd edilir.

TƏCİLİ: Ermənistanın altında partlayacaq iki raket

Məqalə müəllifi qeyd edir ki, bu məsələyə görə, Rusiya Ermənistanı sərt cəzalandıra bilər: “İrəvanda bunu xarici siyasətin çoxvektorlu olması və Moskvadan mövcud olmayan müstəqilliyin nümayişi kimi təqdim edirlər. Amma bu “çoxvektorluluq” Ermənistan üçün pis qurtara bilər. Çünki Rusiya siyasi “çoxdəzgahlı”ları cəzalandırmağın yollarını yaxşı bilir – o, tam tabe olmağı tələb edir və nöqtə qoyur. Heç bir vergülə və üç nöqtəyə icazə vermir”.

NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə təmsilçisi Ceyms Appaturayın bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyan və parlament spikeri Ara Babloyan ilə görüşünə toxunulan məqalədə bildirilir ki, NATO bu Cənubi Qafqaz respublikasında gur fəaliyyət planlaşdırır. Serj Sarkisyan hətta NATO baş katibi Yens Stoltenberqi İrəvana dəvət edib ki, “gələcək addımları müəyyən etsinlər”.

Bu, Ermənistanın üzvü olduğu və Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ruhuna ziddir. Hər halda, Moskva son zamanlar Avrasiya İttifaqı və KTMT müstəvisində ermənilərə çox rol verib - Ermənistanın keçmiş baş naziri Tiqran Sarkisyan Avrasiya İqtisadi komissiyasının kollegiya sədridir, yəni Avrasiya İttifaqının hökumət başçısıdır. Ermənistan ordusunun keçmiş baş qərargah rəisi Yuri Xaçaturov isə KTMT baş katibidir.

TƏCİLİ: Ermənistanın altında partlayacaq iki raket
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri
Amma görünür ki, bu, erməniləri qane etmir və qonşu kişisinə göz tikən əxlaqsız qadın kimi KTMT-nin qoynuna girərək, NATO ilə him-cim edir. Erməni mətbuatını izlədikdə ermənilərin bu oyunun başında Qarabağ məsələsi, daha doğrusu, Qarabağ münaqişəsinin qərbin dəstəyi ilə Kosovo variantında həllinə nail olmaq istəyi durur. Bu ilin fevral ayında Brüsseldə Karneqi fondunda çıxış edən Serj Sarkisyan Dağlıq Qarabağ separatçıları ilə Kosovo albanların vəziyyətini eyniləşdirməyə çalışmışdı. Yəni, gəlin Kosovo kimi Qarabağı da tanıyın. Təbii ki, Kosovo ilə Qarabağın vəziyyəti tamamilə fərqlidir. Kosovoda Serbiya öz ərazisində yaşayan 1,5 milyona yaxın etnik albanı ölkədən deportasiya etmişdi və həmin insanlar qaçqın kimi dünyaya səpələnmişdilər. Serbiyadan həmin insanları geri qaytarmağı tələb etdi. Nəticədə, 10 ildən sonra qərb koalisiyası Serbiyanı raket atəşinə tutaraq qoşunlarını Kosovodan çıxarmağa məcbur etdi, qərb dövlətləri Kosovonun müstəqilliyini tanıdılar.

TƏCİLİ: Ermənistanın altında partlayacaq iki raket

İndi Ermənistan rəhbərliyi də qərbin tərəfinə keçmək istəyir ki, Qarabağa məsələsində qərbdən Kosovo kimi dəstək alsın. İrəvanda bir çoxları düşünür ki, Ermənistan bu niyyətinə çatacaq və NATO-nun üzvü olacaq. Bu fikri erməni ekspert David Şahnazaryan xüsusi əminliklə ifadə edib: “Mənim heç bir şübhəm yoxdur ki, Ermənistan KTMT-dən çıxacaq və NATO-nun üzvü olacaq”.

“Rosbalt”ın yazdığına görə, Moskva İrəvana xarici siyasətdə bu cür radikal dəyişiklik etməyə icazə verməz: “Onun əlində çox ağrılı qamçı - Qarabağ münaqişəsi var. Bu məsələdə İran da Rusiyanı dəstəkləyir. İran NATO-nu öz sərhədlərinə bu qədər yaxın buraxmaz. İrəvanla Tehran arasında nə qədər “qardaş” münasibəti olsa da, İran üçün öz marağı daha önəmlidir”.

Nə isə, göründüyü kimi, Azərbaycan üçün çox strateji vacib olan bir məqam yetişir. Rəsmi Bakı hadisələrin inkişafına addım-addım izləyib erməni təxribatlarının qarşısını vaxtında almalıdır. Əks halda, çox gec olacaq.

Çingiz RÜSTƏMOV / İstiPress